Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan cümə günü böyük izdihamla birlikdə son doqquz onillikdə ilk dəfə Aya Sofyada keçirilən cümə namazına qatılıb. O, bununla həm İslamın həm də Xristianlığın müqəddəs hesab etdiyi bu qədim abidədə müsəlmanların ibadətini bərpa etmək ambisiyasını həyata keçirmiş olub.
İstanbulda yerləşən Xristian Bizans dövrünə aid nəhəng boz günbəzləri və çəhrayı divarları olan məscidin dörd minarəsindən səsləndirilən azandan sonra yüzlərlə insan diz çökərək, namaz qılıb.
1934-cü ildə müasir Türkiyənin dünyəvi qurucusu Mustafa Kamal Atatürk tərəfindən muzeyə çevrilən məscidin bərpası mərasiminə qatılan on minlərlə insan yaxınlıqdakı meydanda və səkilərdə, maşınlar və kafelər arasındakı boşluqlarda yer taparaq namaz qılıb.
Aya Sofya 1453-cü ildə Osmanlı sultanı Mehmet tərəfindən fəth olunana qədər 900 il ərzində dünyanın ən böyük kilsəsi və bundan sonra təqribən 500 il İslamın ən möhtəşəm məscidlərindən biri olub.