Accessibility links

Türkiyə BƏƏ-nin Yaxın Şərqdə qarışıqlıq yaydığını bildirir


Türkiyə Birləşmiş Ərəb Əmirliklərini Liviya və Yəmənə müdaxilələri ilə Yaxın Şərqə qarşıqlıq yaratmaqda ittiham edib. Ankaranın bu iddiaları regional rəqiblər arasında gərginliyin artmasına gətirib çıxara bilər.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin orada hərbi personal yerləşdirməsi və Suriyadakı döyüşçülərin Tripolidə beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləmək üçün ölkədə yerləşdirilməsinə kömək etməsi ilə bağlı Liviya münaqişəsindəki rolunu tənqid edənlərə cavab verib.

Liviya paytaxtına hücum edən Xəlifə Haftarın qüvvələrini dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri və Misir bazar ertəsi Yunanıstan, Kipr və Fransa ilə birlikdə "Türkiyənin Liviyaya hərbi müdaxiləsi"ni qınayaraq ortaq bəyanatla çıxış edib.

Çavuşoğlu Türkiyənin Akit TV kanalına verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin Misir və adını açıqlamadığı digər ölkələrlə birlikdə "bütün bölgədə qeyri-sabitlik yaratmağa çalışdıqlarını" deyib, ancaq Əbu Dabiyə xüsusi yer ayırıb.

"Regionda sabitliyi kim pozur, xaosu kim gətirir deyə soruşsanız, heç bir tərəddüd olmadan Əbu Dabi cavabı verərdik" - deyə Çavuşoğlu bildirib. "Bu, bir reallıqdır ki, Liviyada qeyri-sabitlik yaradan və Yəməni məhv edən qüvvə onlardır", o əlavə edib.

BƏƏ Çavuşoğlunun tənqidinə dərhal reaksiya verməyib.

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər islamçı militantları dəstəklədiyi iddiası ilə BƏƏ də daxil olmaqla dörd ərəb ölkəsinin 2017-ci ildə Dohaya qarşı sanksiya tətbiq etməsindən sonra Ankaranın Qətərə verdiyi dəstəkdən sonra gərginləşib. Qətərin bu iddiaları inkar edir.

BƏƏ özünü İslamın siyasi formalarına qarşı dayaq olaraq görür və Türkiyə prezidenti Tayyib Ərdoğanın islamçı yönlü Ədalət və İnkişaf Partiyasına “Müsəlman Qardaşları” kimi qrupların tərəfdarı kimi baxır. Rəsmi Əbu-Dabi özü qrupa qarşı çıxır.

BƏƏ keçən ay bütün tərəfləri müharibəni sona çatdırmaq üçün BMT-nin nəzarətində olan siyasi prosesə sadiq qalmağa çağırıb.

Birləşmiş Ərəb Əmirlikləri eyni zamanda beş il əvvəl Yəməndə İranın dəstəklədiyi Husi hərəkatına müdaxilə edən alyansın aparıcı qüvvələrindən biri idi. BƏƏ keçən il Yəməndə mövcudluğunu azaltsa da, alyansın üzvü olaraq qalır.

XS
SM
MD
LG