Accessibility links

Türkiyə COVID-19 -la mübarizədə mobil texnologiyadan istifadə edir


Türkiyə COVID-19-la mübarizədə mobil texnologiyadan istifadə edir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Bir çox Avropa ölkəsi COVID 19-a yoluxanların izlənməsi və təmasların nəzarətə götürülməsində çətinlik çəksə də Türkiyə HES mobil tətbiqi ilə müvəffəqiyyət əldə etdiyini bildirir. Tətbiq Türk rəsmiləri tərəfindən ölkənin virusa qarşı mübarizəsində əsas faktorlardan biri hesab edilir.

Avtobus, təyyarə və hətta avtomobillə uzaq məsafəyə səyahət etməzdən əvvəl Türkiyənin səhiyyə nazirliyinin HES mobil tətbiqini yükəməli və ərizə formasını doldurmalısınız. Tətbiq daha sonra hərəkətlərinizi və kiminlə ünsiyyətdə olduğunuzu izləyən xüsusi bir barkod yaradır.

Əgər sizinlə səyahətə olan bir şəxsə COVID 19 diqanozu qoyularsa məlumatlarınız Dr. Nilüfər Ataoğlu kimi həkimı göndərilir. O və komandası nəticələri müsbət çıxmış şəxslərlə təmasda olan insanları izləyir.


Dr. Nilufer Ataoglu deyir ki, "Biz komandamızla birlikdə izləmə vasitəsi ilə yoluxmuş şəxsləri nəzarətdə saxlayırıq. Bu qırmızılar nəticələri müsəbt çıxmış əraziləri göstərir. İndi komandamı bu yeni yoluxmaların olduğu yerə göndərəcəm. Bu nəticlər xəritədə avtomatik olaraq görünür. Daha sonra biz ünvanları müəyyənləşdiririk. İndi hərəkətdə olan bəzi izləmə qruplarımız var; bəziləri hazırda burada gözləyir”.

Ataoğlu hər səhər izləmə qruplarına ziyarət edəcəkləri insanlar haqqında ətraflı məlumat verir. Səfər zamanı komanda həmin şəxsə COVID 19-a yoluxmuş şəxslə mümkün təmasda olması ilə əlaqədar məlumat verir. Onlar həmçinin mümkün simtomların olub olmaması barədə sual verir və 10 gün özünü təcriddə qalmağı tövsiyyə edir. Əgər ehtiyac olarsa elə yerindəcə COVID-19 testi də keçirilir.


COVID-19 izləmə komandasında olan Dr. Buse Karakurt bildirir ki, “Əlbətdə ki, bəzi insanlar qorxur və infeksiyaya yoluxma, eləcə də başlarına nə gələcəyindən narahat olur. Ancaq onlara sakitləşdirərək addım-addım proseduru izah edirik. Əgər onlar yoluxmuş şəxslə təmasda olublarsa və simpomblar özünü göstərirsə ondan nümunələr götürürük".

Bütün nümunlər dərhal sınaqdan keçirilmək üçün laboratoriyalara aparılır.

Bundan əlavə HES tətbiqi hər hansı bir şəxsin özünü təcridi pozduğu haqda rəsmilərə məlumat da göndərə bilir.

Türkiyənin insan haqları pozuntularına görə geniş tənqidlərlə qarşılaşmasına baxmayaraq ki, bu günə qədər çox az sayda insan rəsmilərin bu tətbiq vasitəsi ilə istifadəçilərin şəxsi məlumatlarından sui-istifadə etməsindən narahatlığını bildirib.


COVID-19 yoluxmalarının yenidən artması ilə virusla mübarizə hazırda insanların əsas proritetidir.

HES tətbiqi həmçinin yoluxmaların daha çox olduğu qaynar nöqtələri də göstərir.

Səhiyyə naziri Fahrettin Koca virusun qarşısını almaq üçün tətbiqdən daha geniş istifadə ediləcəyini bildirir.

Dr Nilufer Ataoglu deyir ki, "Mobil telefonlarına HES tətbiqi yükləyərək insanlar yaşadıqları ərazilərdə COVID-19 riski ilə bağlı vəziyyəti görə bilərlər. Dövlət idarələrində də barkod skanerləri olacaq ki, bu binalara yalnız HES kodu ilə girə biləcəksiniz".

Türkiyənin COVID 19-la mübarizəsi indi daha çox texnologiyalara və virusun yayılmasını dayandırmağa çalışan doktor Ataoğlu və onun izləmə qruplarına yönəlib.

XS
SM
MD
LG