Accessibility links

Türkiyə məhkəməsi jurnalist Can Dündarı terror ittihamı ilə 27 il yarım həbs cəzasına məhkum edib


Türkiyənin “Cumhuriyet” qəzetinin keçmiş baş redaktoru Can Dündar çərşənbə günü Almaniyada, Berlində Associated Press agentliyinə müsahibədən əvvəl foto çəkdirir, 23 dekabr 2020.

Türkiyə məhkəməsi jurnalist Can Dündarı reportajına görə casusluq və terror ittihamları ilə günahkar tanıyıb.

İstanbul məhkəməsi çərşənbə günü Dündarı "casusluq üçün gizli sənədlər əldə etmək" və "üzv olmadan terror təşkilatına bilərəkdən və könüllü yardım etməkdə" günahkar hesab edərək, onu ümumilikdə 27 il yarım həbs cəzasına məhkum edib. Dündarın vəkilləri məhkəmə prosesinin ədalətli və qərəzsiz keçiriçilməsi qaydalarını pozduğunu deyərək, etiraz olaraq məhkəmə iclasına qatılmayıb.

Müxalif "Cumhuriyyət " qəzetinin keçmiş baş redaktoru olan Dündar 2015-ci ildə Türkiyənin kəşfiyyat xidmətini Suriyaya qanunsuz silah göndərməkdə günahlandıran xəbərə görə mühakimə olunub. 2016-cı ildə Almaniyaya qaçan Dündar qiyabi mühakimə olunub.

Dündarın hazırladığı məlumata 2014-cü ildə çəkilmiş polis forması və mülki geyimdə olan şəxslərin yük maşınlarındakı qutuları açdıqlarını nümayiş etdirən video görüntülər əlavə edilib. Daha sonra videoda minaatanla dolu yük maşınları göstərilir. Associated Press videonun həqiqiliyini təsdiqləyə bilməyib.

Erdem Gül
Erdem Gül

Xəbərdə Türkiyə kəşfiyyat xidməti və prezidentin prokurorun silah qaçaqmalçılığı ilə əlaqədar istintaqa başlatmasına icazə vermədiyi iddia edilib.

Reportajdan hiddətlənən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gülə qarşı cinayət işi qaldırılmasına dair göstəriş verib. Ərdoğan yük maşınlarının Suriyadakı Türkmən qruplarına yardım daşıdığını və bunun Dündara "baha başa gələcəyini" deyib.

Türkiyə daha sonra Suriyada gedən müharibəyə birbaşa müdaxilə edərək, dörd sərhəd əməliyyatına başladı.

Dündar hökumətin Türkiyədə 2016-cı ildə çevriliş cəhdi təşkil etdiyini dediyi, ABŞ-da yaşayan Fətullah Gülənin şəbəkəsinə yardımda günahlandırılıb. Yük maşınlarının dayandırılmasına əmr verən prokuror və hərbi zabitlər də Gülənlə əlaqədə ittiham olunub. ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülən iddiaları rədd edir.

Şərhlərə bax

XS
SM
MD
LG