Accessibility links

Davutoğlu Ərdoğanın Ədalət və İnkişaf Partiyasını kəskin tənqid edib


Türkiyənin sabiq baş naziri və prezident Təyyib Ərdoğanın yaxın müttəfiqi keçən ay Türkiyədə keçirilən yerli seçkilər zamanı siyasətdən kənar addımlar atdığını və millətçilərlə ittifaqa girdiyini deyərək, bazar ertəsi ölkənin aparıcı Ədalət və İnkişaf Partiyasını kəskin tənqid edib.

Üç il əvvəl vəzifəsindən ayrıldıqdan sonra Ərdoğanı ictimaiyyət qarşısında ilk dəfə ciddi tənqid atəşinə tutan Əhməd Davutoğlu AKP üzvü olmasına baxmayaraq, partiyanın iqtisadi siyasətini, media məhdudiyyətlərini, eləcə də onun sözləri ilə, hökumətlə və qurumların ayrılmasına gətirib çıxaran siyasətini pisləyib.

Seçkilərin nəticələri alyansın siyasətinin həm seçici sayına, həm də partiyanın nüfuzuna ciddi zərər vurduğunu göstərdi

Ədalət və İnkişaf Partiyasının yüksək səviyyəli fiqurlarından olan Davutoğlu Ərdoğanla münasibəti pozulmazdan əvvəl 2014- 2016-cı illər arasında ölkənin baş naziri olub.

AKP paytaxt Ankara və Türkiyənin ən böyük şəhəri olan İstanbulun 31 Mart seçkilərində məğlub olub.

"Seçkilərin nəticələri alyansın siyasətinin həm seçici sayına, həm də partiyanın nüfuzuna ciddi zərər vurduğunu göstərdi" - deyə, Davutoğlu 15 səhifəlik bəyanatında bildirib.

Davutoğlu bəyanatında lirə məsələsinə toxunmayıb. Baxmayaraq ki, ölkə valyutası zəifləməkdə davam edir. Cümə günü səhm birjalarında lirənin dollar müqabilində 5.8170 günün sona doğru 5.8334 olub.

Mətbuat orqanları son illər Ədalət və İnkişaf Partiyasından uzaqlaşan Davutoğlu kimi siyasətçilərin çox güman ki, yeni bir partiya quracağı ehtimalından danışsa da, belə bir partiya qurulmadı və Davutoğlu da öz bəyanatında yeni bir partiyanın perspektivləri barədə heç nə demədi.

Bunun əvəzində o, partiya daxilində islahatlara ehtiyac olduğunu vurğuladı.

"Mən partiyamızın rəhbərlərini və müvafiq qurumları bütün məsələləri və gələcək addımlarımızı həssas şəkildə və ağılla qiymətləndirməyə çağırıram" - deyə, Davutoğlu bildirib.

XS
SM
MD
LG