Accessibility links

Türkiyə hökuməti 128 hərbçinin həbsinə göstəriş verib


Anadolu xəbər agentliyin bildirir ki, Türkiyə hökuməti 2016-cı ildə ölkədə çevrilişin təşkilində ittiham edilən şəbəkə ilə əlaqələri olmaqda şübhəli bilinən 128 nəfər hərbi personalın həbsinə göstəriş verib.

Agentliyin məlumatına əsasən, polis şühbəlilərin yarısını İzmir şəhərində, qalanlarını isə ölkənin 30 əyalətində axtarır.

Onların 3 il əvvəl çevriliş cəhdinə görə Birləşmiş Ştatlarda yaşayan müsəlman din xadimi Fətulla Gülənin tərəfdarları olduğundan şübhələnilir. Türkiyə rəsmiləri Fətulla Gülənin çevriliş cəhdinin təşkilində ittiham edir, o isə hər hansı bir rolunu inkar edir.

Fətulla Gülən
Fətulla Gülən

​Dövlət çevrilişinə cəhddən sonra ölkə boyu 77 min insan həbs edilərək mühakimə olunacaqlarını gözləyir, hərbi və mülki idarələrdə və başqa sahələrdə çalışan 150 minə qədər insan isə hökumətin təqibləri nəticəsində işdən çıxarılıb.

İnsan haqları qrupları və Türkiyənin Qərb müttəfiqləri Ərdoğanın çevriliş cəhdindən fərqli düşünənləri təqib etmək üçün istifadə etdiyini deyərək, ölkədə təqiblərin miqyasını tənqid edib.

Hökumət isə Türkiyənin qarşılaşdığı təhlükələrin ölçüsünə görə təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib və Gülən şəbəkəsini məhv etməyə söz verib.

XS
SM
MD
LG