Accessibility links

Türkiyə höküməti inflasiya ilə mübarizə məqsədilə meyvə-tərəvəz bazarları qurub


Türkiyə höküməti inflasiyaya qarşı mübarizə məqsədilə meyvə-tərəvəz bazarları qurub
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Yüksək səviyyədə ərzaq inflasiyasına qarşı mübarizə aparan Türkiyə rəsmiləri bazar təsis edib. Beləcə onlar hökümətin qiymətləri artırmaqda günahlandırdığı satıcılara rəqib olub.

İstanbulun Bayrampaşa rayonunda bələdiyyə çadırlarının önündə toplanan izdiham mağazalarla müqayisədə iki qat ucuz satılan pomidor, soğan, bibər kimi məhsullar almaq üçün bir saat növbədə gözləyib.

Ümid edirəm ki, bu, davam edəcək. Davam etsə, bizim üçün yaxşı olacaq. Məni bunun seçkidən sonra da davam edib-etməyəcəyi maraqlandırır.
Nebahat Deniz

Bazar açmaq qərarı ərzaqların qiymətinin yanvar ayında bir il öncə ilə müqayisədə 31 faiz artmasının nəticəsidir və prezident Rəcəb Tayyib Ərdoğanın AK partiyasının dəstək toplmaqda çətinliklə üzləşəcəyi yerli seçkilərdən iki ay öncəyə təsadüf edib.

Satıcılar ərzaq qiymətlərindəki artıma görə Türkiyənin cənubunda kənd təsərrüfatının olduğu regionda baş verən fırtınaları və əmək haqqı ilə nəqliyyat xərclərinin artmasını günahlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “ərzaq terroru” adlandırıb və qiymətləri yüksək tutduqlarına görə topdan satış satıcılarını cəzalandıracağına söz verib.

“Dövlətdən daha güclü olduqlarını düşünənlər varsa, bilməlidilər ki, biz topdan satış bazarlarını terror edənləri bitirəcəyik, necə ki, Cudi, Gabar və Tendürekdə dağ və mağaralardakı terroristləri məhv etdik” – deyə, prezident Ərdoğan söyləyib.

Hökümətin təşəbbüsü ilə bələdiyyələr meyvə-tərəvəzləri Türkiyə Statistika İnsitutunun yanvar ayına görəki hesablamalarından 50 faiz daha aşağı qiymətə satır. Hər insan sadəcə üç kiloqram məhsul ala bilər.

Ərdoğan deyib ki, bu təşəbbüsə təmizlik məhsulları, eləcə də mərcimək və düyü kimi ərzaqlar da daxil ediləcək.

Layihə yalnız İstanbulda və Ankarada həyata keçirilir. İstanbulda təxminən 50 məkanda belə bazarlar quraşdırılıb. Bu isə o deməkdir ki, bu təşəbbüsün ölkədəki ümumi inflasiya göstəricilərinə birbaşa təsirinin olmayacağı gözlənilir, lakin onlar Türkiyənin iki ən böyük şəhərinin sakinləri üçün qiymət artımına qarşı çarə ola bilər.

Bazar ertəsi İstanbul sakinləri ucuz tərəvəzlər almaq üçün bələdiyyənin satış nöqtələrinə axın edib. 55 yaşlı Mustafa Dilli deyir ki, o, maaşını ayın sonuna çatdıra bilmir və ümid edir ki, mağazalar da məhsullarının qiymətlərini azaldacaq.

Türkiyədə bazar
Türkiyədə bazar

“Baxın biz çox sayda tərəvəz almışıq. Bunları da aldıq. Biz pensiyaçıyıq. Düşünürəm ki, mən bundan sonra buradan alış-veriş edəcəm. Ümid edirəm ki, supermarket və marketlərdə də qiymətlər enəcək. Biz ayın sonuna pulu zorla çatdırırıq. Satıcıların bundan dərs çıxaracağına ümid edirik”, İstanbul sakini Mustafa Dilli söyləyib.

Bayrampaşada bir neçə satıcı ümid edir ki, satışlar gələn həftə keçirilən seçkidən sonra da davam edəcək.

“Ümid edirəm ki, bu, davam edəcək. Davam etsə, bizim üçün yaxşı olacaq. Məni bunun seçkidən sonra da davam edib-etməyəcəyi maraqlandırır”, ev xanımı Nebahat Dəniz deyib.

Oradan təxminən 15 kilometr uzaqlıqda avtodayanacaqda qurulan bazarda satıcılar bələdiyyə satıcıları ilə rəqabət apara bilmirlər. Onlar həmin satıcıların vergiödəyiciləri tərəfindən maaliyyələşdirildiyini və o bazarların seçkidə səs qazanmaq üçün salındığını deyir.

XS
SM
MD
LG