ABŞ-la Türkiyə arasında əlaqələrin pisləşdiyi bir vaxt, ABŞ-la Yunanıstan arasında münasibətlər istiləşir.
ABŞ-ın ticarət naziri Uilbur Ross cümə günü bir sıra digər Amerika rəsmiləri və ABŞ şirkətləri ilə birdə beynəlxalq ticarət yarmarkasında iştirak etmək üçün Tessalonikiyə gedib.
Ümumilikdə, aralarında Coca-Cola, Google, Microsoft, Facebook, Lockheed Martin kimi böyük şirkətlərin də olduğu 50 şirkət bu il Yunanıstanın şimalında yerləşən bu şəhərdə keçirilən beynəlxalq ticarət yarmarkasında iştirak edəcək. ABŞ Vaşiqntonla Afina arasında sürətlə yaxşılaşan münasibətlər səbəbilə şərəf qonağı kimi qəbul edilir.
Birgə qəragahlar sədri general Cozef Danford Yunanıstana iki günlük səfərininin sonunda deyib ki, Vaşinqton ölkədə hərbi mövcudluğunu artırmaq və müdafiə sayəsində əməkdaşlığı artırmaq istəyir.
Bundan əlavə isə Yunanıstan ən pis borc böhranından çıxdığı bir vaxt, ABŞ-ın ölkədəki ticarət maraqları da artır, ələlxüsus da çünki Ağ Ev getdikcə Afinanı mühüm strateji tərəfdar olaraq görür.
ABŞ-ın Yunanıstandakı səfiri Cofri Pyatın sözlərinə görə, bu yeni münasibətlərə praqmatizm səbəb olur.
“Bizim ümumi strateji məqsədlərimiz var. Bizim hər ikimiz Türkiyə ilə münasibətlərimizin aspektləri ilə müdacilə edirik. Biz, İŞİD və ya qeyri-qanuni immiqrasiya kimi böyük regional təhlükəsizlik məsələləri, eləcə də qərbi Balkan ölkələri ilə bağlı ümumi maraqlarımız var”, Pyatt deyib.
Bu ilin əvvəli Rusiya qonşu Monteneqroda çevriliş cəhdini təşkil etməkdə günahlandırımışdı. Pyat Yunanıstanın Rusiya və Çin kimi digər dünya qüdrətlərinin böyük maraqları olduğu Balkan ölkələrində daha böyük rol oynaya biləcəyini düşünür.
Səkkiz il öncə Yunanıstanın avro ittifaqından çıxacağı gözlənilirdi. Amma indi Yunanıstan iqtisadiyyatında canlanma əlamətləri hiss olunur.
“Biz ölkəmizin gələcəyimizə inandığımızı nümayiş etdirmək istəyirik. Biz artıq 50 ildir bu ölkədə mövcuduq və ölkə ilə birlikdə artmağa davam edirik”, o deyib.
Microsoft şirkətindən Yuciniya Bozou deyir ki, şirkət Yunanıstanın inkişafında innovasiyaya təşviq böyük rol oynayacağına inanır.
“Biz Yunanıstanın səkkiz il davam edən, çətin vəziyyətdən çıxdığını görürük və Yunanıstan üçün yeni dövrün, ölkəyə investisiya cəlb edəcəyi, innovasiyanın artacağı və gənclərin ölkədə qalacağı dövrün bir hissəsi olmaq istəyirik”, Bozou söyləyib.
Ölkənin iqtisadiyyatı yaxşılaşdığı üçün, həm ABŞ şirkətləri həm də Ağ Evin Yunanıstanla bağlı ümidlərini artırır.