Accessibility links

Türkiyə ilə İran arasında gərginlik artmaqdadır


Türkiyənin İraqın şimalında kürd militantlarına qarşı hərbi əməliyyatları davam etdirdiyinə görə Türkiyə ilə İran arasında gərginlik artmaqdadır. Ankaranın İraqdakı əməliyyatlarını İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin yerləşdiyi strateji əhəmiyyətli bölgəyə qədər genişləndirməklə hədələməsindən sonra regiondakı bu rəqiblərin diplomatik mübahisələri sərtləşməyə başlayıb.

"İstər Türkiyə, istərsə də başqa bir ölkə, biz İraqa hərbi müdaxilə, irəliləmə və ya bu ölkədə başqasının hərbivarlığını qəbul etməyəcəyik" - deyə, İranın İraqdakı səfiri Urəc Məscidi şənbə günü yayımlanan müsahibəsində bildirib.

Türkiyənin İraqdakı elçisi Fatih Yıldız tvitter səhifəsində"[Məscidi] Türkiyəyə İraq sərhədlərinə hörmətlə yanaşma barədə dərs verəcək son adamdır" - deyə, yazıb.

Türk mediasında yer alan xəbərlərə görə, Türkiyə Xarici İşlər Nazirliyi İranın ölkədəki səfiri Məhəmməd Fərəzmanı çağıraraq, İranın Türkiyənin "terrorizmlə mübarizəsini" dəstəkləməsini gözlədiyini deyib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu
Türkiyənin daxili işlər naziri Süleyman Soylu

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun bazar günü İranın “525 terrorçunu” gizlətdiyini deməsi Tehranın qəzəbinə səbəb olub. Bundan sonra Türkiyənin İrandakı səfiri Dərya Örsə İranın Xarici İşlər Nazirliyi tərəfindən İranın terror qruplarına hər hansı dəstək verdiyini inkar edib və terrorla mübarizədə ciddi olduğu barədə rəsmi etiraz təqdim edilib.

Türkiyənin Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı İraqda davam edən hərbi əməliyyatları Tehran və Ankara arasında diplomatik mübahisələri daha da dərinləşdirir. PKK on illərdir İraqın şimal sərhədindəki bazalardan Türkiyəyə qarşı qiyam edir. Həm ABŞ, həm də Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır.

Təhlilçilərin fikrincə, Tehran Türkiyənin İraqda mövcudiyyətini genişləndirməsini onunh təsir dairəsinə təcavüz kimi qiymətləndirir. "Türkiyənin Şimali İraqdakı hərbi mövcudluğu İranı sevindirməyən bir həqiqətdir" - deyə, Bon Universitetinin region üzrə mütəxəssisi Zaur Qasımov bildirib.

Lakin fevral ayında Türkiyə qüvvələrinin kürdlərin İraqdakı militant bazasına hücumu zamanı PKK-nın girov saxladığı 13 türk vətəndaşını öldürməsindən sonra Ankara İraqda əməliyyatlarını genişləndirəcəyinə söz verib. Prezident Rəcəp Tayyib Ərdoğan "Bundan sonra terrorçular nə Şamda, nə Sincarda, nə də Suriyada təhlükəsiz deyil" deyib.

Sincar - PKK militantları
Sincar - PKK militantları

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki tərəfdaşı Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli İraqın Sincar bölgəsindəki hərbi əməliyyatın "ölüm-dirim məsələsi" olduğunu deyib.

Sincar və ya kürd dilində Şenqal adlanan bölgə İraqın Suriya ilə sərhədində yerləşir. PKK da daxil olmaqla, İslam Dövləti kürdlərin koalisiya qüvvələri tərəfindən ərazidən uzaqlaşdırılıb.

Ankara Sincarın PKK-nın Suriyada yerləşən və ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin bir hissəsi olan birliklərini təmin etməsi üçün kritik bir maddi-texniki baza olduğunu deyir. Bu bölgə həm də İranın dəstəklədiyi militantlar üçün vacib bir bazadır.

İraq Kürdüstanı Regional Rəhbərliyi və İraqın federal hökuməti arasında 2020-ci ilin oktyabrında imzalanan Sincar müqaviləsi PKK-nı regiondan uzaqlaşdırmağa yönəlmişdi. Lakin Ankara PKK-nın yerli qüvvələrlə birləşdiyini və bölgəni heç vaxt tərk etmədiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG