Accessibility links

ABŞ Türkiyə vətəndaşlarının kürd militantları tərəfindən qətlini qınayıb


ABŞ İraqın şimalında 13 Türkiyə vətəndaşının kürd yaraqlıları tərəfindən qətlini qınayıb.

"ABŞ İraqın Kürdüstan bölgəsindəki türk vətəndaşlarının ölümündən kədərlənirik. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və qətlə yetirilənlərin ailələrinə başsağlığı veririk" - deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib.

Türkiyənin müdafiə naziri Hulusi Akarın bazar günü dediyinə görə, qurbanlar Kürdüstan Fəhlə Partiyası (PKK) üzvləri tərəfindən qaçırılaraq öldürülüb.

Akar cəsədlərin Türkiyə-İraq sərhədi yaxınlığındakı Qara bölgəsində, Türkiyə silahlı qüvvələrinin 48 militantın öldürüldüyü PKK-ya qarşı əməliyyatlar zamanı aşkar edildiyini bildirib.

PKK-nın veb səhifəsində açıqlamasında Türkiyə kəşfiyyatı, polis işçiləri və hərbçiləri də daxil olmaqla, əsir saxladıqları şəxslərin döyüşlər zamanı öldürüldüyü deyilib.

1984-cü ildən bəri Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində muxtariyyət uğrunda mübarizə aparan PKK Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır. Silahlı qiyamlar başlayandan bəri on minlərlə insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG