Accessibility links

Türkiyə ələ keçirdiyi İslam Dövləti üzvlərini vətənlərinə deportasiyaya başlayıb


Türkiyə rəsmisi bazar ertəsi Ankaranın ələ keçirilən İslam Dövləti döyüşçülərini repatriasiyasına başladığı üçün Birləşmiş Ştatların bu qrupun üzvü olan vətəndaşını da geri, öz ölkəsinə göndərildiyini bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Cakatlı Anadolu xəbər agentliyinə Almaniya və Danimarka vətəndaşlarının bazar ertəsi axşam, digər 14 alman vətəndaşının isə ölkəsinə noyabrın 14-də göndəriləcəyini deyib.

Cakatlı ələ keçirilənlərin deportasiya mərkəzində saxlandıqlarından başqa İslam Dövləti üzvləri haqda əlavə məlumat verməyib.

Türkiyə İslam Dövləti militantları üçün mehmanxana deyil

“Birləşmiş Ştatlardan olan terrorçu döyüşçülərin Türkiyədən vətənlərinə göndərilməsi proseduru başa çatıb” - deyə, sözçü bildirib.

Türkiyə artıq bir neçə həftədir Britaniya və Hollandiya da daxil olmaqla, Qərb ölkələrini İslam Dövlətinə qoşulan vətəndaşlarını geri almaq istəmədiklərınə görə tənqid edib.

Türkiyənin xarici işlər naziri Süleyman Soylu Türkiyənin İslam Dövləti militantları üçün "mehmanxana" olmadığını və Ankaranın bazar ertəsindən başlayaraq onları vətənlərinə deportasiyaya başlayacağını deyib. Lakin o, militantlarının sayı və hansı ölkələrə göndəriləcəyi barədə heç nə deməyib.

XS
SM
MD
LG