Accessibility links

İstanbulun Boğaziçi Universitetində etirazlar davam edir


İstanbulun Boğaziçi Universitetində etirazlar davam edir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə liderinin ölkənin əsas universitetlərindən birinə yeni rektor təyin etməsi qərarından sonra başlayan tələbə etirazlarına basqını dayandırmağa çalışdığı üçün daxili və beynəlxalq təzyiqlərlə üzləşir.

Türkiyənin ən yaxşı universitetlərindən biri olan İstanbulun Boğaziçi Universiteti belə görünür ağır günlərini yaşayır. Polis tərəfindən nəzarətə alınan onlarla etirazçı tələbənin adının olduğu siyahı universitet rektorluğunun qarşısında oxunur.

Prezident Rəcəp Tayyib Ərdoğanın universitetə yeni rektor təyin etmək qərarı həftələr boyu nümayişlərə səbəb olub. Gərginlik polisin səhər tezdən tələbə kampusunda və tələbələrin evlərində axtarışlar aparmasından sonra daha da artıb. “Demokratik və dinc şəkildə etiraz etmək istəyirik, amma onlar yenə də bizə vəhşicəsinə hücum edir. Hər gün izləndiyimdən və ya səhər tezdən evdən aparılacağımdan qorxuram. Dostlarımdan bir çoxu hazırda həbsdədir. Onlar üçün də çox narahatam” - deyə, tələbələrdən biri bildirir.

Etiraz edən tələbələr və müəllimlər rektorluq qarşısına toplaşır və Ərdoğanın universitetə yeni rəhbər təyin etmək qərarına simvolik olaraq arxa çevirirlər. Rektorlar ənənəvi olaraq akademiklər tərəfindən səs verilərək seçilir. Universitetin professoru Can Candan: "Biz müstəqil bir universitet, pulsuz bir universitet və demokratik bir universitet ideallarımıza sadiqik və burada hər gün günorta saatlarında toplaşmamızın səbəbi budur."

Yarandığı gündən bəri Boğaziçi Universiteti liberal düşüncə mərkəzi olub. Bu gün də tənqidçilərin dediyi kimi hökumətin artan qeyri-tolarantlığı mühitində oazis olaraq qalır.

Gələcəkdə nələrin baş verə biləcəyini yeni rektorun universitetdəki LGBT tələbə cəmiyyətini qadağan etməsindən sonra müəyyən etmək olar. Buna etiraz olaraq tələbələr ağacları bəzəyib.

Bütün bunlara baxmayaraq, Ərdoğan təyin etdiyi rektorunun yanında dayanıb, tələbə nümayişçilərini terrorçu adlandırır, bəzilərini isə LGBT-nin bir hissəsi olmaqda günahlandırır.

Ankara ABŞ və digər ölkələrin etirazlarına cavab olaraq, Türkiyənin daxili işlərinə qarışmamaları barədə xəbərdarlıq edib.

Gərginlik universitet şəhərciyi xaricində də yayılır və bu etirazlar dəmir əllə qarşılanır. Heç bir tərəf geri çəkilməyə hazır olmadığı üçün döyüş getdikcə böyüyür və Türkiyənin hara getdiyi ilə bağlı narahatlıqları artırır.

XS
SM
MD
LG