Accessibility links

COVID-in təsirinə məruz qalan Türkiyədə ən ağır zərbəni musiqiçilər alıb


COVID-in təsirinə məruz qalan Türkiyədə ən ağır zərbəni musiqiçilər alıb
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Türkiyə Avropada COVID-ə yoluxanların sayının ən çox olduğu ölkədir və bir ildən çoxdur karantin vəziyyətindədir. Ölkədə ən çox zərbə alan və dövlətdən demək olar ki, dəstək almayanlar musiqiçilər olub.

Məhdudiyyətlərdən əvvəl İstanbulun bir çox küçəsi pul qazanmağa çalışan musiqiçilərlə dolu olurdu. Musiqiçi Nadir və onun dörd övladı üçün bu, çarəsiz bir vaxtdır. “Sektor öldü. Biz tamamilə yoxa çıxdıq. Maşınları olanlar maşınlarını satdı, bəziləri uşaqlarına baxa bilmədiyi üçün intihar etdi. Yığdığımız da tükəndi. Buna görə də biz küçələrdə çalmağa məcbur olurduq” - deyə, Nadir bildirir.

Nadir kimi musiqiçilərin işlədiyi ənənəvi Meyhane restoranları İstanbulun çoxsaylı canlı musiqi məkanları kimi pandemiya səbəbindən bağlanıb. Bir çox musiqiçi qeyri-rəsmi işlədiyi üçün dövlətdən dəstəki ala bilmir. Musiqiçilər Birliyinin sədri İpek Koçyigit: “Musiqiçilər işləyə bilmir və bir çoxunun sosial təminatı olmadığından vəziyyətləri çox ağırdır. Bu dövrdə bəziləri evlərindən köçməli, başqa iş tapmalı və hətta həyatlarına son qoymalı olur. Vaxt getdikcə onların problemi artmağa başladı və artıq zirvəsinə çatıb. ”

Ancaq İstanbulun meri Əkrəm İmamoğlu bu işə qarışaraq, yardım təklif edib. Müxtəlif janrlardakı musiqiçilərə bir ifa üçün pul verilir və sonra həmin ifa YouTube kanalında yayımlanır. İstanbul Baş katibinin müavini Şengül Altan Arslan: “Belə bir yardım onlara uzun müddət kifayət edə bilməsə də, onlara dəstəkdir, onlara ümid verir. Musiqi sektorunun onlara qayğı göstərildiyini bilməsi vacibdir və bu dəstək onlara mübarizələrində arxalanmaq üçün bir şey verir və maddi yardımdan daha böyük məna kəsb edir.”

Pop musiqiçisi Ezgi Ayce bu yardımı alqışlayır, lakin səhnəyə qayıtmağın daha vacib olduğunu deyir. “Son dəfə səhnədə olduğumdan 16 ay keçir. Bu 16 ay nəinki səndəyə çıxan musiqiçilər üçün,bütün texniki heyətdən tutmuş, səhnə arxasındakı hər kəs üçün həm maddi, həm də psixoloji cəhətdən hamı üçün çətin bir zaman oldu.“

Məhdudiyyətlər azalmağa başlayır və ümid var ki, Türkiyə nəhayət bu çətin vəziyyətdən çıxacaq və İstanbul yenidən geniş və canlı musiqi sədalarına qərq olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG