Accessibility links

CHP siyasi fiquru 10 ilə yaxın həbs cəzasına məhkum edildi


Ana müxalifət partiyasının qanunvericisinin bildirdiyinə görə, Türkiyə məhkəməsi cümə günü 'prezidenti təhqir etdiyinə və terror təbliğatı' yaydığına görə müxalifət liderini 9 il 8 ay həbs cəzasına məhkum edib.

Cümhuriyyətçi Xalq Partiyası (CHP) İstanbul vilayətinin sədri və partiyadakı ən güclü müxalif səslərdən biri olan Canan Kaftancioğlu dərhal həbsə göndərilməyəcəyini və appelyasiya şikayətinin nəticəsini gözləyəcəyini bildirib.

Məhkəmə qərarı qanuna uyğun deyilsə və siyasi hakimiyyətin istəkləri ilə formalaşırsa, deməli bu ölkədə heç bir qanun yoxdur.


Kaftancıoğlu eləcə də 2012-17 arasında, əsasən Twitter səhifəsində olmaqla hökumət və dövlət işçilərini təhqir etməkdə, nifrət və düşmənçiliyi təbliğ etməkdə ittiham olunur.

CHP xadimi prezident Rəcəp Təyyib Ərdoğanın `Ədalət və İnkişaf Partiyası` və onun İslamçı sələflərinin son 25 ildə nəzarət etdikləri İstanbulun müxalifət tərəfindən bələdiyyə seçkilərində qazanılmasına əhəmiyyətli rol oynayıb.

İyunda keçirilən seçkilərdə CHP namizədi Ekrem İmamoğlu hakim AKP namizədi üzərində qələbə çalaraq İstanbulun meri oldu.
İyunda keçirilən seçkilərdə CHP namizədi Ekrem İmamoğlu hakim AKP namizədi üzərində qələbə çalaraq İstanbulun meri oldu.

İstanbulun məhkəmə binasının qarşısında çıxış edən Kaftancioğlu bu hökmün onu susdurmayacağını deyib.

“Nə siz, nə də mən buna layiq deyildik. Məhkəmə qərarı qanuna uyğun deyilsə və siyasi hakimiyyətin istəkləri ilə formalaşırsa, deməli bu ölkədə heç bir qanun yoxdur," Canan Kaftancıoğlu müxbirlərə deyib.

XS
SM
MD
LG