Türkiyə dəniz donanmasının sürətli inkişafının nümayişi məqsədi ilə genişmiqyasılı hərbi təlimlərə başlayıb.
Təlimlər ərazi və enerji kəşfi ilə bağlı artmaqda olan regional gərginliklər fonunda keçirilir.
Türkiyə regional qüvvədir və onun dəniz donanması Türkiyənin aparıcı oyunçu olduğunu göstərir
"Mavi ana vətən" təlimlərində 100-dən artıq gəmi iştirak edir. Manevrlər Qara, Egey və Aralıq dənizlərini əhatə edir.
"Türkiyə regional qüvvədir və onun dəniz donanması Türkiyənin aparıcı oyunçu olduğunu göstərir”- deyə, Ankaranın Yaxın Şərq Texniki Universitetindən beynəlxlaq əlaqələr üzrə professoru Hüseyn Bağçı bildirib.
Ankara Yunanıstanla su əraziləri ilə bağlı mübahisədədir. Hər iki NATO ölkəsi əvvəllər bu mübahisələrə görə müharibə asnasında olub.
Kipr sularında enerji kəşfi son gərginliklərdəndir.
Aralıq dənizində yerləşən Kirp adası türk və yunan icmaları arasında bölünüb. Bu, 1974-cü ildə yunanların çevriliş cəhdindən sonra Türkiyənin müdaxiləsi ilə baş verib.
Türkiyə hökuməti israrla bildirir ki, yunanlar enerji kəşfində türklərlə əməkdaşlıq etməldir.
Türkiyəniin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, Aralıq dənizində Türkiyəsiz heç bir iş görülməyəcək.
Yunanıstanın müdafiə naziri Evaqelos Apostolakis təlimlərin əhəmiyyətini kiçildərək, bunu adi təlimlər adlandırıb.