Accessibility links

Türkiyə Konqresin Nümayəndələr Palatasının qətnamələrini rədd edib


Türkiyə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ankaranın Suriyanın şimalında keçirdiyi hücumla əlaqədar olaraq Türkiyə rəsmilərinə qarşı sanksiyalara çağıran qanun layihəsi və Osmanlı imperatorluğu dövründə ermənilərin qətllərini "soyqırım" kimi tanıyan qətnaməsini rədd edib.

Nümayəndələr Palatasındakı qanunvericilər sanksiyaları ABŞ-Türkiyə münasibətlərində ağrılı məsələ olan ABŞ-ın “erməni soyqırımı”nı tanımasını təsdiqləyən qətnamə ilə bir qəbul ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasında qanun layihəsinin qəbul edilməsindən sonra ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfildi nazirliyə çağırıb.

ABŞ hökuməti 1915-ci 1923-ci illər arasında 1.5 milyon erməninin qətlini indiyə qədər rəsmən soyqırım kimi tanımayıb.

Konqresdə hər iki pariyanın nümayəndələri tərəfindən dəstəklənən qanun layihələri çox kiçik müxalifətlə qarşılaşıb. Sanksiyalar ABŞ prezidenti Donald Trampın bu ay Birləşmiş Ştatların Suriyada İŞİD-ə qarşı mübarizədə uzun müddətli kürd müttəfiqlərinə dəstəyə son qoyaraq, Amerika hərbi qüvvələrini Suriyadan çıxarmaq qərarı ilə bağlı Konqresdə narazılığın səviyyəsini nümayiş etdirir.

Türkiyəyə qarşı sanksiyalara dair qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilib
Türkiyəyə qarşı sanksiyalara dair qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilib

Türkiyə Suriya kürdlərini ölkədə otuz ildir muxtariyyət uğrunda mübarizə aparan kürd separatçıları ilə əlaqəsi olan terrorçular hesab edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü parlamentə müraciətində Nümayəndələr Palatasında “erməni soyqırımı”na dair qətnaməni təhqir hesab etdiyini bildirib.

Erdoğan həmçinin Nümayəndələr Palatasında qəbul edilmiş sanksiyalarla bağlı qanun layihəsini də tənqid edərək, Türkiyənin cümə günü Suriyanın şimalında Rusiya ilə birgə patrula başlamaqla əlaqədar razılığa əməl edəcəyini deyib.

Türkiyə hərbi qüvvələri Suriya-Türkiyə sərhədində
Türkiyə hərbi qüvvələri Suriya-Türkiyə sərhədində

Keçən həftə Rusiya və Türkiyə arasında əldə edilmiş razılığa əsasən, Suriya kürdlərinin YPG döyüşçüləri və onların hərbi texnikasının Türkiyə ilə sərhəddən 30 kilometrlik məsafədəki mövqelərə çəkilməsi üçün oktyabrın 29-a qədər vaxt verilmişdi.

ABŞ qanunvericiləri Trampın Amerika hərbi qüvvələrini Suriyadan çıxarılmasına dair gözlənilməz qərarı ilə bağlı narahatlıqlarını ifadə etməyə davam edir. Bu qərarın Türkiyənin əraziyə hərbi müdaxiləsinə yol açdığı və Birləşmiş Ştatların İslam Dövləti qrupuna qarşı mübarizədə kürd müttəfiqlərini təhlükə altına aldığı bildirilir.

Tramp Suriyadan ABŞ hərbi qüvvələrinin çıxarılması haqda qərarını bufer zonasının yaradılması və kürd döyüçüləri və mülki əhalinin ərazidən çıxarılması üçün Suriyaya hərbi müdaxiləyə hazırlaşan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra verib.

XS
SM
MD
LG