Accessibility links

"Xalqı birləşdirən bir prezidentin olmaması bu gün daha çox hiss olunur"


Prezident Rəcəp Tayyib Ərdoğan koronavirusa qarşı birlik çağırışlarında Türkiyənin müstəqillik savaşına təkan verib. Lakin müxalifət partiyaları onların vəsait toplama səylərindən kənarlaşdırılmasını və hökumət tənqidçilərinin həbslərini ölkədə parçalanmanın gücləndirdiyini deyib.

Hökümətin ölkədəki yoluxma hallarına ilk reaksiyasını xalq dəstəkləmişdi. Çərşənbə günü Metropoll şirkəti tərəfindən aparılan sorğuların nəticələri Türkiyədə mart ayında ilk yoluxma halları zamanı Ərdoğanın reytinqinin 55.8 faizə qədər artdığını göstərib.

Türkiyədə pandemiya ilə bağlı sosial mediada yayımlanan yazılara görə 200-dən çox insan həbs olunub və 2018-ci ildə prezident sisteminə keçiddən sonra yeni səlahiyyətlər əldə edən Ərdoğan müxalifətə kömək kampaniyalarına qadağa qoyaraq, yalnız dövlətin vəsait toplaya biləcəyini deyib.

"Bütün vətəndaşlarını ağuşuna alan və onları birləşdirən bir prezidentin olmaması bugünkü gün daha çox hiss olunur" - deyə, əsas müxalifət Respublika Xalq Partiyasının sözçüsü Faiq Öztrək bu həftə jurnalistlərə bildirib.

Sözçü 2002-ci ildən bəri Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının fövqəladə pandemiya dövründə belə öz maraqlarını birinci yerə qoyduğunu və baş vermiş hadisədən təsirlənən milyonlarla insana kifayət qədər maddi dəstək vermədiyini deyib.

Ədalət və İnkişaf Partiyası bu ittihamları rədd edib və deyilənlərin ölkənin uğurlarını ləkələməyə yönəldiyini bildirib.

Çərşənbə axşamı Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik " Türkiyənin böhranlardan uğurla çıxdığını xəstə beyinlərə bir kabus” olduğunu deyib.

Ankara əvvəlcə 15 milyard dollarlıq bir iqtisadi paket yardımı ediləcəyini elan və hökumət böhran keçirən işçilərin maaşının 60 faizini ödəməyi təklif etdi.

İki yüksək vəzifəli şəxs cümə axşamı Reuters xəbər agentliyinə açıqlamasında hökumətin müvəqqəti olaraq işdən çıxarılma hallarını qadağan etməyi planlaşdırdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG