Accessibility links

Türkiyə COVID-19 məhdudiyyətlərini yüngülləşdirir


Türkiyə COVID-19 məhdudiyyətlərini yüngülləşdirir
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Türkiyə COVID-19 məhdudiyyətlərini yüngülləşdirir

Türkiyə hökuməti virusun yayılmasının qarşısını almağa müvəffəq olduğunu iddia edərək, COVID-19 məhdudiyyətlərini yüngülləşdirir. Yoluxma və ölüm hallarının sayı azalsa da, narahatlıqlar qalmaqda davam edir və məhdudiyyətlərin yüngülləşməsinin tez olduğu deyilir.

Yeddi həftə evlərində təcriddə olduqdan sonra bəzi uşaqlar üçün bu dondurma mağazası ilk dayanacaqdır.

Hökumət məhdudiyyətləri yüngülləşdirdikdən sonra çərşənbə günündən başlayaraq 14 yaşdan kiçik uşaqların dörd saat küçəyə çıxmasına icazə verib.

Kulak ailəsi üçün bu, həftələrdir sürən məhdudiyyətlərdən sonra sevindirici haldır. Ozan Kulak: "Təcridin ən pis tərəfi oğlumun dostları ilə ünsiyyətdə olmaması idi, çünki o, evdə yalnız böyüklərlə ünsiyyət qururdu. Uşağın həmyaşıdları ilə birlikdə olmasına ehtiyacı var. Biz bunu edə bilmədik."

Hökumət həmçinin bazar günündən etibarən 65 yaşdan yuxarı insanlara dörd saat evdən çıxmağa icazə verib. Həm yaşlılar, həm də gənclərə nəzarət may ayının sonunda tamamilə qaldırılmalıdır.

Hökumət koronavirusdan ölüm hallarının sayının yarıya endiyini və indi bəzi məhdudiyyətlərin azaldılmalı olduğunu deyir. Ticarət mərkəzləri daxil olarkən müştərilərin qızdırmasıının ölçülməsi kimi sağlamlıq tədbirləri həyata keçirərək, yenidən açılır.

Tənqidçilər hökumətin iqtisadiyyata ictimai sağlamlıqdan daha çox üstünlük verdiyini deyir. Kadır Has universitetinin müəllimi Soli Özəl: "Dünyanın digər ölkələr kimi onlar da çətinlik çəkir. Biz siyasətimizi elə qurmalıyıq ki, səhiyyə sistemimizi nəzarət altında saxlaya bilək. İkincisi isə bu şəraitdə iqtisadiyyatın dağıdılmasının qarşısının alınmasıdır."

İstanbul küçələrində izdihamın artması hökuməti sosial uzaqlaşma barədə xəbərdarlığı təkrarlamağa vadar edib.

Prezident Ərdoğan bu həftə sonu əsas böyük şəhərlərdə dörd günlük karantin elan etməli olub. Lakin hökumətin normal həyat adlandırdığı proses zamanı bərbərxanalar və gözəllik salonları yenidən açılıb. Bərbər Gül Əli Şimşək: "Darıxdığım üçün salonu elə həyəcanla açıram ki, ilk dəfə olduğu kimi. İnsanlar üçün darıxmışam. Buraya çox öyrəşmişəm. Ancaq təbii ki qorxu da var. Qorxmadan olmaz, çünki bu çox ciddi məsələdir. Qorxmalıyıq."

Müştəriləri çox gözləmək lazım olmadı. İlk olaraq onun uşaqlıq dostu və daimi müştərisi, dərzi Yaqub gəldi. "Bu günü çox gözlədik. Ümid edirəm ki, hamımızın qaydalara əməl etmək şərti ilə millətimiz üçün bu yaxşı olar. Qarşıda qeyri-müəyyənlik var, məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Bacardığımız qədər mübarizə edəcəyik" - deyə, yaqub bildirir.

Gələcəyin nə göstərəcəyindən asılı olmayaraq, Gül Əli Şimşek Türkiyənin bu epidemiyaya qarşı mübarizədə uğurlu olacağı ümidi ilə yaşayır.

XS
SM
MD
LG