Accessibility links

İstanbul restoranının qapalı şəraitdə yemək ideyası


İstanbul restoranının qapalı şəraitdə yemək ideyası
please wait

No media source currently available

0:00 0:02:09 0:00

COVID məhdudiyyətləri insanları şəxsi və ya ailədaxili qapalı bir sferada yaşamağa məcbur edir. Hökumətlər COVID məhdudiyyətlərini tədricən qaldırmağa başladıqca, bəzi müştərilər insanların sıx toplaşdığı yerlərdə olmaqdan çəkinir. Türkiyənin İstanbul şəhərindəki Türkçə Meze Kübbə restoranı qapalı şəraitdə yemək ideyasını sözün əsl mənasında həyata keçirir.

Bu günbəz şəkilli polikarbonat dairələr restoranı təhlükəsiz edir və müştərilər burada özlərini daha rahat hiss edir. Restoranın meneceri Cavit Aysay bu ideyanın koronavirusun yayılmasının qarşısını almasına, eyni zamanda restoranın işini davam etdirməsinə yardım etdiyini deyir. “Havada olmağa öyrənmiş insanlar küçəyə çıxmağa qorxur. Pandemiya səbəbi ilə evdə qalmağımız münasibətlərimizə təsir edir. Bizi ruhdan salır. Bu səbəbdən də biz insanların özlərini rahat hiss etmələri üçün təcrid olunmuş yer düzəltdik."

Aysay bu qapalı kapsulların restoranın iki ayrı terasında quraşdırıldığını və hər kapsulun təmizlənməsi və dezinfeksiya ediməsi üçün əlavə tədbirlər gördüklərini deyir. “Polikarbonat bir növ şüşədir, lakin sınmır. Şüşədən 200 dəfə möhkəmdir. Üzərinə ultrabənövşəyi şüalara (UV) qarşı material çəkildiyi üçün solmur. 12-14 dəqiqədən bir hər dairəni sterilizasiya etmək üçün azon generatorumuz var."

Restoran böyük qonaqlıqlar üçün sifariş qəbul etmir, çünki bu, sosial təcrid və məsafənin qorunmasına ziddir. Lakin ailələr və yaxın dostlar kimi qruplar fərdi dairələrdə nahar edə bilər. Hətta ofisiantı çağırmaq üçün simsiz sistem də var.

Müştərilər yalnız yeməklərindən zövq almır, şərait nəzərə alınarsa, onlar həm də özlərini təhlükəsiz hiss edir. “Sosial məsafənin saxlanması çox vacibdir. Mümkün qədər ehtiyatlı olmağa çalışırıq, ona görə də bu restorana üstünlük veririk. Biz tamamilə təcrid olunmuşuq. Başqaları ilə heç bir əlaqəmiz yoxdur" - deyə, Tansu Vardarcılar adlı müştəri bildirir.

Onur Sonkaynar adlı müştəri isə “Burada özümüzü yaxşı hiss edirik, çünki ofisiantla belə müəyyən bir məsafə var. Bura yalnız ikimizə aiddir" deyir.

Restoranın tamamilə təcrid olunmuş bir dairəsində yemək bir zamanlar normal sayıla bilməzdi. Lakin pandemiya daha uzun sürərsə, mütəxəssislər bunun adi hal ola biləcəyini deyir.

XS
SM
MD
LG