Accessibility links

Türkiyə koronavirusa ilk yoluxma halını təsdiq edib


Türkiyədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə, Türkiyə virusun yayıldığı növbəti iqtisadiyyatı inkişaf etmiş böyük ölkə olur.

Ölkə iqtisadiyyatının 13 faizini təşkil edən turizm sektoru virusun mümkün mənfi təsirlərindən müdafiə məqsədi ilə hökumətə maliyyə yardımı ilə müraciət edib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca çərşənbə axşamı yüksək hərarət və öskürəyi olan bir nəfərin təcrid edildiyini bildirib.

"Bu, ölkəmizdə ilk təsdiqlənmiş haldır. Diaqnoz erkən qoyulduğundan sonra virusun yayılma halı məhduddur" - deyə, nazir mətbuat konfransında bildirib.

"Ölkəmiz buna hazırdır. Virusun yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülüb" - deyə, nazir əlavə edib.

Bu açıqlamya qədər Böyük 20-liyin üzvü olan və Avropa, Asiya və Afrika arasında mühüm tranzit rolu oynayan Türkiyə Suriyadan başqa bütün qonşu ölkələrdə koronavirusa yoluxma halları təsdiq edildiyi halda, indiyədək virusun yayılmasının qarşısını ala bilməyə nail olmuşdu.

XS
SM
MD
LG