Accessibility links

Türkiyə lirəsinin ucuzlaşması qiymətlərin sürətlə artmasına səbəb olub


Türkiyə lirəsinin ucuzlaşması qiymətlərin sürətlə artmasına səbəb olub
please wait

No media source currently available

0:00 0:03:54 0:00

Türkiyə lirəsinin ucuzlaşması qiymətlərin sürətlə artmasına səbəb olub

Son günlər türk lirəsi ABŞ dolları qarşısında rekord dərəcədə aşağı enib. Bu, Türkiyənin iş adamları arasında həyəcan yaradıb.

Noyabrın 30-da Türkiyə lirəsi 1994-cü ildən bəri ən aşağı kursa enib. Belə ki, 1 ABŞ dolları 14 lirə olub. Bu, orta göstərici 8 lirə olduğu keçən ilin son rübünə nisbətən böyük artımdır.

Türkiyədəki biznes sahibləri bu şəraitdə açıq qalmağın çətin olduğunu, belə ki, lirənin ucuzlaşmasının qiymətlərin sürətlə artmasına səbəb olduğunu deyirlər. Mobil Telefon mağazasının sahibi Hüsəmməddin Akıncı: “İndi bazar tamamilə dalana dirənib. Həqiqətən elə bir vəziyyətdə heç bir iş görə bilməyəcəyik. Bu, müştərilərimizdən də aydın görünür”.

Bütün ölkədə un, yağ, şəkər kimi zəruri malların qiyməti qalxıb. Çörək mağazasının sahibi Hüseyin Sağır: “Çörəyin qiymətini 21%, məhsul xərclərini isə 40% artıb. Hazırda biz sadəcə həyatımızı qorumağa çalışırıq”.

Türk lirəsinin ABŞ dollarına nisbətində dəyərini itirməsi, materiallar dollarla qiymətləndiyi üçün tikinti də daxil olmaqla, geniş biznes sahəsinə böyük təsir edir. Hisman Özər: “Məzənnənin artması və ya dolların bahalaşması dəmir, sement və tikinti bloklarının qiymətinə birbaşa təsir edib. Buna görə də podratçılar tikinti sənayesindəki işlərini səngidib. Satışlarımız istər-istəməz azalır, çünki onlar da öz bizneslərini yavaşıdıb”.

Ekspertlər deyirlər ki, lirənin aşağı düşməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faiz dərəcələrini endirəcəyini açıqlaması səbəb olub.

Türkiyə Mərkəzi Bankı artıq sentyabr ayından bəri Ərdoğanın göstərişləri əsasında faiz dərəcələrini üç dəfə endirib və bankın müstəqilliyi ilə bağlı qorxuları yenidən artırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Yüksək faiz dərəcələri ilə bağlı nə qədər həssas olduğumu dünya bilir. Mən heç vaxt faiz tərəfdarı olmamışam. Bu gün də deyiləm, sabah da olmayacağam."

Ərdoğan yüksək faiz dərəcələrinin inflyasiyaya səbəb olduğuna inanır və deyir ki, faiz dərəcələrinin aşağı səviyyədə saxlanması artımı stimullaşdıracaq. Lakin Türkiyənin statistika idarəsinin dekabrın 3-də verdiyi məlumata görə, bəzi analitiklər ölkədə inflyasiya səviyyəsinin 21%-dən yuxarı olduğunu nəzərə alaraq, Ərdoğanın fikirlərinin qeyri-ənənəvi olduğunu deyir. Cons Hopkins Universitetinin professoru Stiv Hank: "Bu, əslində iqtisadiyyat məsələsi deyil. Bu, başqa yerdən gəlir. İqtisadiyyatdan gəlmir, çünki hamımız bilirik ki, pul kütləsini artırsanız, inflyasiya artır və sonda faiz dərəcələri yuxarı qalxır. Deməli, bu, ardıcıllıqdır. Onun ardıcıllığı tam tərsinədir”.

Türk valyutasının bu il təxminən 45 faiz dəyərini itirməsinə baxmayaraq, rəsmi hesablamalara görə, üçüncü rübdə Türkiyə iqtisadiyyatında 7,4 faiz artım olub. Ərdoğan bunu siyasətinin uğuru kimi görsə də, ekspertlər lirənin dəyərinin düşməsinin və qiymətlərin artmasının bu artımı dayandıra biləcəyi barədə xəbərdarlıq edir.

Bəzi etirazçılar lirənin çökməsini pisləmək və hökumətin istefasını tələb etmək üçün İstanbul da daxil olmaqla, bir çox şəhərdə küçələrə çıxsalar da, polis onları dağıdıb.

Müxalifət növbədənkənar seçkilərin keçirilməsini tələb etsə də, Ərdoğan planlaşdırıldığı kimi ölkədə seçkilərin 2023-cü ildə keçiriləcəyini israr edərək, bundan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG