Accessibility links

Türkiyə suriyalı döyüşçülərin Liviyaya göndərilməsini nəzərdən keçirir


Bazar ertəsi Türkiyənin dörd mənbəyinə əsaslanaraq bildirilib ki, Türkiyə Tripoli hökumətinə planlaşdırılan hərbi dəstəyin bir hissəsi olaraq müttəfiq suriyalı döyüşçülərin Liviyaya göndərilməsini nəzərdən keçirir. Mənbələrdən biri Ankaranın bu ideyaya meyl göstərdiyini əlavə edib.

Adlarının açıqlanmasını istəməyən mənbələr Reuters xəbər agentliyinə Türkiyənin hələ ki, heç bir suriyalı döyüşçünü Liviyaya göndərmədiyini bildirib.

Keçən həftə prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyət tərəfindən tanınan Fayiz Əl-Sərracın Milli Razılıq Hökumətinin yardım istəməsindən sonra Türkiyə hökumətinin Liviyaya qoşun göndərə biləcəyini demişdi.

Milli Razılıq Hökuməti general Xəlifə Haftar qoşunlarının şərqdəki hücumlarını dəf etməyə çalışır.

Türkiyənin dəstəklədiyi Suriya döyüşçüləri oktyabr ayında Türkiyə ordusunun ölkənin şimal-şərqindəki kürd qüvvələrinə qarşı savaşda yardım edib. Ankara eləcə də Suriyanın şimal-qərbindəki İdlib əyalətində 9 ilə yaxındır gedən vətəndaş müharibəsində döyüşən üsyançılara dəstək verir.

“Hazırda Türkiyə Liviyaya heç bir qüvvə göndərmir. Yalnız bu məsələ ilə bağlı görüşlər keçirilir və qiymətləndirmə aparılır,” deyə Türkiyənin yüksək səviyyəli rəsmisi bildirib. O, döyüşçülıər göndirləcəyi təqdirdə konkret rəqəm açıqlamayıb.

Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İordaniynaın dəstəklədiyi General Haftarın qoşunları paytaxt Tripolinin mərkəzini ələ keçirə bilməsələr də, son həftələrdə xarici hərbi dəstək sayəsində kiçik irəliləyişlərə nail olublar.

XS
SM
MD
LG