Accessibility links

Türkiyə mövqeyini dəyişmir


Türkiyə uyğun şərtlərlə ABŞ-dan Patriot raket sistemlərini ala bilər, amma Vaşinqton Ankaranı Rusiyadan S-400 sistemlərini almamağa məcbur edərsə, bu, mümkün olmayacaq. Bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu deyir.

NTV televiziyasına müsahibəsində Çavuşoglu bildirib ki, NATO üzvü olan ölkə Birləşmiş Ştatların Rusiya istehsalı olan yer-hava tipli raket sistemlərinə dair şərtlərini qəbul etməyəcək.

Nazir deyib ki, Türkiyənin Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi kürd yaraqlılara qarşı planlaşdırdığı hərbi əməliyyat Birləşmiş Ştatların Suriyadan əsgərlərini çıxarmasından asılı deyil.

O, ABŞ-ın Suriyadakı kürd döyüşçülərə verdiyi bütün silahları yığacağını gözlənilməsinin də real olmadığını bildirib. Ankara həmin döyüşçüləri terrorçu sayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Suriyadakı kürd döyüşçülərinə ABŞ əsgərlərinin bölgədən çıxarılmasından sonra zərər verməmək tələbini rədd edib.

Çərşənbə axşamı Ankaradakı çıxışı zamanı Ərdoğan İŞİD, Xalqın Müdafiəsi Birləşmələri (YPG), habelə Demokratik Birlik Partiyasına (PYD) qarşı mübarəzə məqsədi ilə Türkiyənin Suriyanın şimal bölgəsinə qüvvələr göndərəcəyini bildirib.

Türkiyə prezidenti Boltonun Türkiyənin kürdlərə hücum etməməsi haqda öhdəliyinin ABŞ əsgərlərinin geri çəkilməsi üçün şərt kimi irəli sürməsinə dair bəyanatına cavab verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG