Accessibility links

Türkiyə müxalifəti 2018-ci il seçkisinin nəticələrinin ləğvinə çağırır


Tükiyənin əsas müxalif partiyası çərşənbə axşamı ölkənin Ali Seçki Şurasına müraciət edərək, İstanbulun 39 rayonundakı seçkiləri, habelə ötən il keçirilən prezident və parlament seçkilərinin nəticələrini ləğv etməyə çağırıb.

Türkiyənin Ali Seçki Şurası bu həftə prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xeyrinə qərar çıxararaq, 31 martda İstanbul merliyi uğrundakı seçkilərin yenidən keçirilməsinə dair göstəriş verib. Həmin seçkidə müxalif namizəd Əkrəm İmamoğlu kiçik səs fərqi ilə qalib gəlib. Seçki şurası seçkini müşahidə edən bəzi rəsmilərin qanuna uyğun olaraq dövlət məmurları olmaması ilə əsaslandırıb.

Hakim partiya bu cür qanun pozuntularının seçki nəticələrinə təsir göstərdiyini iddia edib.

Buna cavab olaraq isə əsas müxalif Cümhuriyət Xalq Partiyası (CHP) İstanbulda rayon səviyyyəsindəki seçkilərin və ötən il keçirilən ümummilli seçkilərin ləğvinə dair rəsmi ərizə təqdim edib.

CHP seçki şurasının qərarına etiraz edə bilməz.

AKP İstanbul rayonlarının əksəriyyətində, habelə ötən il keçirilən ümummilli seçkidə qalib gəlib. Həmin seçki nəticəsndə Ərdoğana yeni səlahiyyətlər verilib.

“Əgər yerli seçkilərdə qanun pozuntularının olduğunu söyləyirsinizsə, bu, 24 iyunda keçirilən seçkiyə də aiddir” - deyə, CHP-li qanunverici Muharrem Erkek ərizəni tədim edəndən sonra müxbirlərə bildirib.” 24 iyun seçkisində də on minlərlə insan dövlət məmuru deyildi”, o əlavə edib.

“İmamoğlunun mandatını ləğv edirsinizdə, cənab Rəcəb Tayyib Ərdoğanın da mandatını ləğv etməlisiniz”, Erkek bu sözləri seçki şurasının üzvlərinə ünvanlayıb.

O, seşki məntəqələrində dövlət məmuru olmayan insanların olmasının İstanbuldakı seçkinin nəticəsinə təsir göstərdiyinə dair sübutun olmadığını əlavə edib.

XS
SM
MD
LG