Accessibility links

Türkiyə məhkəməsi Kavalanın həbsinin davamına qərar verdi


Osman Kavala
Osman Kavala

Türkiyə məhkəməsi iş adamı və xeyriyyəçi Osman Kavalanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən sərbəst buraxılması çağırışına baxmayaraq həbsdə saxlanılmasına qərar verib. O, 2013-cü ildəki etirazlarda iştirakına görə mühakimə olunmuşdu.

Kavala iki ildən çoxdur ki, İstanbulun Gezi Parkında başlayan və ölkə boyu yayılan o zaman Baş Nazir olmuş Rəcəb Tayyib Ərdoğana qarşı etiraz aksiyalarının təşkili və maliyyələşdirməsi yolu ilə hökuməti devirməyə cəhd etmək ittihamı əsasında nəzarət altında saxlanılır.

Sübuta yetirilərsə, ömürlik həbs cəzası ilə qarşılaşa biləcək Kavala bütün ittihamları rədd edir. Onunla birlikdə daha 15 müttəhim mühakimə olunur, ancaq həbsdə olan yeganə şəxs odur. Məhkəmə iclası yanvarın 28-dək təxirə salınıb.

Türkiyə məhkəməsi iddia edilən cinayətlərin ağırlığına görə Kavalanın həbsxanada saxlanılmasına qərar verdiyini və AİHM qərarının yekun qərar olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyindən cavab gözlədiklərini bildirib.

Avropa Məhkəməsi iki həftə əvvəl onun cinayət törətdiyinə dair əsaslı şübhə olmadığını bildirərək, onun dərhal sərbəst buraxılmasına çağırıb. AİHM qərarları hüquqi baxımdan icbaridir, lakin Türkiyə çox vaxt onları yerinə yetirmir.

“AİHM-in qərarı çox aydın idi. Məhkəmə Kavalanın dərhal sərbəst buraxılması haqda qərar verib və Türkiyə məhkəməsi bu qərara əməl etmir” – deyə, müxalif Xalq Demokratik Partiyasından (HDP) olan millət vəkili Qaro Payla açıqlama verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG