Accessibility links

Türkiyə məhkəməsi "Sözcü" qəzetinin 7 müxbirinə həbs cəzası hökmü çıxarıb


Türkiyə məhkəməsi cümə günü müxalifətin Sözcü qəzetinin 7 müxbirinə və digər işçisinə həbs cəzası hökmü çıxarıb. Ankara qəzeti 2016-cı ildə çevriliş cəhdini təşkil edən şəbəkəyə yardım etməkdə ittiham edir.

Uzun zamandır Türkiyənin dünyəvi quruluşunun sütunu olan Sözcü hökmü azad mətbuat tarixində qara bir iz kimi təsvir edib. Qəzetin bildirdiyinə görə, son məhkəmə iclasında iştirak edən səkkiz mütttəhimin hamısı bəraət istəyib.

Ankara 2016-cı ilin iyul ayında 250 nəfərin ölümü ilə nəticələnən çevriliş cəhdindən bəri Birləşmiş Ştatlarda yaşayan müsəlman din xadimi Fəthullah Gülənin davamçıları olmaqda şübhəli bilinənləri təqib edir. Şəbəkə əleyhinə əməliyyatlar hələ də gündəmdədir.

Sözcü-nün bildirdiyinə görə, tanınmış köşə yazarları Emin Kolasan və Necati Doğru, eləcə də redaktorlar Mustafa Çetin və Metin Yılmaz Gülənçi şəbəkəsinə yardım etməkdə ittiham edilib və hər biri 3 ildən artıq həbs cəzasına məhkum edilib.

Məhkəmənin video jurnalist Mədihə Olquna bəraət hökmü çıxardığı və qiyabi olaraq mühakimə olunan qəzetin sahibi Burak Akbay haqqında qərarı təxirə saldığı bildirilib.

XS
SM
MD
LG