Accessibility links

Mafiya başçısı YouTube videolarında Türkiyə hökumətinin sirlərindən danışıb


Türkiyə hökuməti Suriyadakı cihadçıları silahlandırma ittihamları ilə üzləşir. Mühacirətdə olan mafiya başçısının YouTube-da yayımladığı həftəlik videosundakı ittihamları Türkiyə prezidentini daha çətin vəziyyətə salır.

Sedat Pekerin YouTube-da yaydığı çox sayda iddialar arasında Türkiyə hökumətinin Suriyadakı cihadçılardan neft almaq və silah vermək iddiası da var. Yayımladığı videolardan birində Peker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas köməkçilərinin bu sxemi necə işlədiyini ətraflı izah edib.

Təhlilçilər fikrincə, bir vaxtlar Türkiyə hökməti ilə sıx əlaqədə olan Peker ölkədən qaçmaq məcburiyyətində qaldıqdan sonra hər bazar günü YouTube kanalında hökuməti tənqid edən videolar paylaşır.

Analitik Atilla Yeşilada mafiya patronunun izləyicilərinin artdığını deyir.

Sedat Peker
Sedat Peker

“Auditoriya çox böyükdür. O hər videosuna 4-5 milyondan çox izləyicini asanlıqla cəlb edir. Onun dediyi hər şey müxalifət kanallarında diqqətlə araşdırılır. Beləliklə, hər kəs onun nədən danışdığını bilir. Ən böyük zərbə isə onun 1990-cı illərdə məhkəmədənkənar qətllər barədə sənədləri açmasıdır” - deyə, Yeşilada bildirir.

Peker keçmiş daxili işlər naziri Mehmet Ağanın 1990-cı illərdən bəri tanınmış jurnalistlərin sui-qəsdində əli olduğunu və “dərin dövlət” kimi tanınan qaranlıq bir təşkilatın rəhbəri olduğunu iddia edir.

Ağa Ərdoğanla yaxın münasibətdədir. Ağanın oğlu Tolqa isə Türkiyənin hakim AKP partiyasının rəhbərlik etdiyi parlamentin millət vəkilidir.

Ağa ittihamları rədd edir. Sərhədsiz Reportyorlar təşkilatından Erol Önderoğlu hökumətin şəffaflığına ehtiyac olduğunu deyir.

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım
Türkiyənin sabiq baş naziri Binəli Yıldırım

“Bu, əslində parlament araşdırmasının bir hissəsi olmalıdır, lakin hazırda Türkiyə hökumətinin bəzi dövlət xadimlərinin adlarını açıqlaması əsla mümkün deyil. Bugünkü şəffaflıq ictimai rəyə və qurbanların ailələrinə hörmət göstərməlidir” - deyə, Önderoğlu bildirib.

Ərdoğan bütün bu iddiaları rədd edib. O, partiyasının millət vəkillərinə bütün bunların onu devirmək üçün beynəlxalq sui-qəsdin bir hissəsi olduğunu deyib.

Sedat Peker isə ittihamlarını davam etdirir. O, Ərdoğanın yaxın adamı, keçmiş baş nazir Binəli Yıldırımın oğlunu kokain qaçaqmalçılığında günahlandırıb və onun Türkiyəni Avropaya narkotik maddələr idxal edən və paylayan ən böyük mərkəzlərdən birinə çevirdiyini deyib. Binəli Yıldırım da bu ittihamları rədd edib.

Peker 20 il ərzində hakim partiyanın yaxın çevrəsindən öyrəndiyi daha çox sirri YouTube-da bölüşəcəyini vəd edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG