Accessibility links

Türkiyə Mərmərə dənizində yaranan selikli maddə ilə mübarizə aparır


Türkiyənin ətraf mühit naziri Mərmərə dənizini iflic edən "dəniz seliyi" bəlasını məğlub edəcəyinə söz verib. O, fəlakətə qarşı mübarizə planından istifadə edərək gələcəyi təmin edəcəyini bildirib.

Üzvi maddələrdən əmələ gəlmiş qalın, selikli qat İstanbulun cənubunda dənizə yayılıb. Nəticədə dəniz canlıları və balıqçılıq səneyisi üçün təhlükə yaranıb.

Limanlar, sahil xətləri və dəniz suyunun üstündəki qatı selikli, boz rəngli maddə dənizin dibindəki canlılar üçün də böyük təhlükədir.

Ətraf Mühit Naziri Murat Kurum bu selikli maddənin yayılmasına səbəb olan çirklənməni azaltmaq, sahilyanı şəhərlər və gəmilərdən axıdılan çirkab sularının təmizlənməsini yaxşılaşdırmaq və eləcə də Mərmərə dənizini tamamilə qorunan ərazi elan edilməsinin planlaşdırıldığını deyib.

O, digər tərəfdən yerli sakinləri, sənətçiləri və qeyri-hökumət təşkilatlarını çərşənbə axşamından etibarən başlayacaq Türkiyənin ən böyük dəniz təmizlənməsi əməliyyatına qoşulmağa çağırıb.

"Fəlakət İdarəetmə planı çərçivəsində Mərmərə dənizini hamımız birlikdə qoruyacağıq" - deyə, Kurum selikli maddədən nümunələr götürən dənizdəki tədqiqat gəmisindən etdiyi çıxışında deyib.

"Üç il ərzində bütün lazımi addımları atacağıq və yalnız bu günü deyil, həm də gələcəyi birlikdə xilas edəcək layihələri reallaşdıracağıq" - deyə, o əlavə edib.

Kurum Türkiyənin planlaşdırdığı tədbirlərə dənizdəki azot səviyyəsini 40 faiz azalıdlmasının da daxil olduğunu və bu addımın alimlərin suların əvvəlki vəziyyətinə gəlməsinə kömək edəcəyinə inandığını bildirib.

Alimlər iqlim dəyişikliyi və kirliliyin, eləcə də içərisində müxtəlif mikroorqanizmlər və qida maddələri ilə zəngin kanalizasiya sularının dənizə axıdılmasının bu üzvi maddənin çoxalmasına kömək etdiyini bildirir.

Prezident Rəcəb Tayyib Ərdoğan bu ekoloji böhranın yaranmasında 16 milyon əhalisi olan İstanbul da daxil olmaqla, bütün sahil şəhərlərini sularının təmizlənmədən dənizə axıdılmasında günahlandırıb. O, "dənizlərimizi bu selikli bəladan təmizləməyə" söz verib.

Şərhlərə bax

XS
SM
MD
LG