Accessibility links

Türkiyə Milli Müdafiə Nazirliyinin 136 nəfərlik minatəmizləmə qrupu Azərbaycana gəlib


Bu gün, dekabrın 16-da Türkiyə Quru Qüvvələrinin Xüsusi Mina Təmizləmə qrupunda (ÖMAT) 136 nəfər Azərbaycana gələrək, minatəmizləmə işlərinə başlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi bundan öncə də bir qrup minaxtaranın Azərbaycanda mintəmizləmə işlərinə cəlb edildiyini bildirmişdi.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Ekspertlərin hesablamalırına görə, Dağlıq Qarabağ münaqişəsininn başladığı 1988-ci ildən indiyədək münaqişə zonasında 50 mindən 100 minədək mina basdırılıb. Minaların daha çox ön cəbhə xəttinin yerləşdiyi Tərtər, Ağdam və Füzuli istiqamətlərində basdırıldığı güman edilir.

Münaqişə zonasında minatəmizləmə işləri Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyinin köməkliyi ilə həyata keçiirilir.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında görə, Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.

Ümumilikdə Rusiya mühəndis bölmələri Qarabağdakı 155 hektardan çox ərazini, 38 kilometrdən çox yolu, 375 yaşayış binasını təmizləyib, 4811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

ANAMA bildiririr ki, ümumilikdə 27 sentyabrdan dekabrın 13-dək 1 239 ədəd partlamamış hərbi sursat (PHS), 4 475 ədəd piyada əleyhinə mina, 1 304 ədəd tank əleyhinə mina, 1 826 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 411 ədəd 9N235 bombacıqları, 20 704 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 568 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 838 ədəd partlamış raket hissələri aşkar olunub.

Azərbaycan Müdafiə Nazirliynin minaxtaranları isə ordu qüvvələrinin nəzarətinə keçən ərazilərdə minatəmizləmə işlərini davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG