Accessibility links

Türklər peyvənd olmadığı bir vaxt odekolondan istifadə edir


Türklər peyvənd olmadığı bir vaxt odekolondan istifadə edir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Türkiyədə koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir və bir çox ölkələr kimi ölkədə narahatlıqla peyvəndin nə zaman hazırlanması gözlənilir. Peyvənd hazır olana qədər isə bir çox türk köhnə ənənəyə, odekolona müraciət edir.

89 yaşılı Melih Ziya Sezer bəlkə də İstanbulun ən yaşlı kimyaçısıdır. Bir əsrdən çoxdur ki, onun ailəsi qədim şəhərə xidmət edir.

70 ildir kimya sahəsində çalışan Sezer karyerası dövründə ən böyük problemin koronavirus olduğunu deyir. ”İndiyə qədər belə bir şey olmayıb, belə çaxnaşma olmayıb. Bu qədər ölən barədə nə eşitmişəm, nə də görmüşəm. İnsanlar kart evi kimi yıxılır”.

Arxadakı iş otağında Sezer virusa qarşı özü bildiyi kimi mübarizə aparır. O, Odekolon hazırlayır. Onilliklər boyu etdiyi kimi ətirləri spirtlə ehtiyatla qarışdırır.

Sezer güclü spirtli tərkibin insanların əlindəki virusu məhv etdiyinə inandığını deyir. Virus yayıldıqca əllərin müntəzəm olaraq sterilizasiya edilməsinə ehtiyac artır. "Koronavirus başlayanda həqiqətən buna tələbat çox idi və qısa müddətə odekolon çatışmazlığı oldu. İnsanlar birini istifadə edirdisə, bu, ikiqat artdı."

Odekolon on illərdir türklərin həyatının bir parçasıdır. Mehmet Müderrisoglu "Odekolon çox məşhur bir ənənədir. Bir evə girəndə sizə verilən ilk şey odekolon olacaq. Bu limon ətirli odekolon əlləri dezinfeksiya etmək və s. üçün yaxşıdır."

Bir əsrdən çox əvvəl bir İstanbulda bir fransız tərəfindən yaradılan Atelier Rebul şirkəti Türkiyənin ən məşhur istehsalçılarından biri olub. Müderrisoğlu əvvəlcə şirkətin insanların tələbləri ilə ayaqlaşmaq üçün mübarizə apardıqlarını deyir.

Tələbatın artması istehsalı üç qat artıracaq yeni fabrikin açılması ilə eyni vaxta düşüb.

Peyvənd olmadığı bir vaxt gözəl ətirlər yayılır.

XS
SM
MD
LG