Accessibility links

Türkiyə polisi Beynəlxalq Qadınlar Günü qadınların yürüşünə mane olub


Türkiyə polisi bazar günü Beynəlxalq Qadınlar Günü münasibətilə yürüş keçirməyə cəhd göstərdikdən sonra hələ də İstanbulun mərkəzində olan bir qrup qadının dağılışması üçün gözyaşardıcı qazdan istifadə edib.

Reuters agentliyinin müxbirləri bir neçə yüz qadından ibarət olan izdihamın Taksim meydanının ətrafında toplaşaraq, plakatlar və bayraqlar dalğalandırdığını görüb. Polis onların əsas piyada yolu olan İstiqlal prospektinə getmələrinə maneə törətmək üçün insan səddi yaradıb.

İzdihamın böyük hissəsi İstiqlal prospektində yürüşə icazə verilmədiyi üçün dağılıb.

İstanbul valisi Əli Yerlikaya Taksim metro stansiyası və yaxınlıqdakı Sişhane stansiyasının bəzi hissələrinin bağlanması haqda qərar verib və əsas meydana aparan bütün yolların bağlanacağını bildirib.

"Taksim meydanı və İstiqlal prospektinə aparan bütün yollar bağlanacaq, çünki bu yerlər qanunla toplaşma və nümayişlər keçirilməsi üçün müəyyən edilmiş ərazilər kimi tanınmır" – deyə, valinin ofisinin açıqlamasında bildirilib.

Sənəddə hökümətin Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-hökumət təşkilatlarının şəhər ətrafında bəzi fəaliyyətlərinə icazə verdiyi deyilir. Lakin valinin açıqlamasında İstiqlal prospektinda toplanışa icazə verilmədiyi bildirilib.

Keçən il Beynəlxalq Qadınlar Günündə polis yürüş keçirmək məqsədilə toplaşan bir qrup qadına qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.

XS
SM
MD
LG