Accessibility links

Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

“Sabah Bakıda təşkil olunacaq zəfər tədbirlərində iştirak edəcəyəm. Səfərim çərçivəsində gerçəkləşdirəcəyimiz görüşlərdə qarşımızdakı dövrdə atılacaq addımlarla əlaqədar fikir mübadiləsi aparacağıq”, Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“Bakıya sonuncu dəfə 2020-ci ilin fevralda səfər etmişəm. Bu müddət ərzində aramızdakı münasibətlərdə qeydə alınan mərhələləri və mövcud durumu cənab İlham Əliyev ilə müzakirə edəcəyik. Telefon diplomatiyası ilə də onsuz da daimi əlaqə saxlayırdıq. Azərbaycan ilə müdafiə sahəsindəki əməkdaşlıqdan terrorla mübarizəyədək, energetikadan ticarətədək münasibətlərimiz mövcuddur. Azərbaycanın qazandığı zəfər ikili münasibətlərin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün zəmin hazırlayıb. İşğal edilən ərazilərin bərpası prosesində də Azərbaycanın yanında olacağıq, bu prosesdə yaxından iştirak edəcəyik”, o vurğulayıb.

Türkiyə prezidenti Azərbaycanda iki gün səfərdə olacaq.

Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG