Accessibility links

Türkiyə prezidenti Füzuli şəhərinə səfər edəcək


İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan

Oktyabrın 26-da Türkiyə prezidenti yeni beynəlxalq hava limanının açılışında iştirak etmək üçün Azərbaycanın Füzuli şəhərinə gələcək.

Bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində bildirib.

"Bu səfər proqramında Bakı yoxdur, biz aeroportu və bir neçə avtomobil yolunu, kənd təsərrüfatı sahəsində layihələri açacağıq. Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətimizə gəlincə, bu qətiyyətimiz əvvəlki kimi qalmaqdadır," deyə Ərdoğan bildirib.

Füzuli şəhəri 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın nəzarətinə qaytarılıb. Hazırda dağıdılmış şəhərdə yenidənqurma işləri aparılır.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG