Accessibility links

Türkiyə prokuroru: Xaşuqci konsulluğa daxil olan kimi boğularaq öldürülüb


İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin qətlinə etiraz edən fəallar onun xatirəsini anaraq şamlar yandırıb, 25 oktyabr, 2018.
İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin qətlinə etiraz edən fəallar onun xatirəsini anaraq şamlar yandırıb, 25 oktyabr, 2018.

Türkiyə prokuroru bildirib ki, səudiyyəli dissident Camal Xaşuqci Ər-Riyadın İstanbuldakı konsulluğuna daxil olan kimi boğularaq öldürülüb və onun cəsədi hissələrə parçalanıb.

İstanbulun baş prokuroru İrfan Fidan bu açıqlamanı Türkiyənin Səudiyyə Ərəbistanına Xaşuqcinin qətli ilə əlaqədar həbs edilmiş 18 nəfərin ekstradisiyası ilə bağlı təzyiq göstərdiyi vaxt verib.

Fidan həmçinin bildirib ki, Səudiyyə Ərəbistanının baş prokuroru Səud Əl-Moceblə danışıqlar "həqiqətin aşkar edilməsi ilə bağlı səmimi səylərə baxmayaraq, konkret nəticələr” verməyib.

Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduğunu göstərən görüntülərini qeydə alıb, 2 oktyabr, 2018.
Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduğunu göstərən görüntülərini qeydə alıb, 2 oktyabr, 2018.

İstanbul baş prokurorunun verdiyi açıqlama Türkiyə rəsmisi tərəfindən jurnalistin konsulluğa daxil olduqdan sonra qətli və cəsədinin bölünməsinin əvvəlcədən hazırlanmış planın nəticəsi olduğunun ilk dəfə təsdiq edilməsidir.

“Əvvəlcədən hazırlanmış planlara əsasən, hadisənin qurbanı Səudiyyə Ərəbistanının Baş Konsulluğuna daxil olduqdan dərhal sonra boğularaq öldürülüb. Onun cəsədi boğulma nəticəsində ölümdən sonra hissələrə parçalanıb və yox edilib, yenə də əvvəlcədən planlaşdırılanlara uyğun olaraq”-deyə İrfan Fidan bildirib.

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf partiyasının sözçüsü çərşənbə günü bildirib ki, Xaşuqcinin qətli Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmilərindən heç olmasa birinin əmri olmadan baş tuta bilməzdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanını jurnalist Camal Xaşuqcinin Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə kimin əmr verdiyini açıqlamağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG