Türkiyə rəsmiləri bazar günü sərnişin qatarının relsdən çıxması nəticəsində 24 nəfərin həlak olduğunu bildirib.
362 sərnişini Erdinedən İstanbula daşıyan qatar qəzaya Yunanıstanla sərhəd şimal-qərbi Tekirdağ regionunda uğrayıb.
Baş nazirin müavini Rəcəp Akdağ deyib ki, qəzanın səbəbi son zamanlarda şiddətli yağışların relsin altından torpağı yuması olub.
318 sərnişin hadisədə xəsarət alıb. Onlardan 124-ü xəstəxanadadır.
Axtarış və xilasetmə səyləri bazar ertəsi dayandırılıb.