Accessibility links

Türkiyədə karantindən sonra sərbəst buraxılan yüzlərlə qaçqın küçələrdə qalıb


İki həftədən çox davam edən məcburi karantindən sonra Türkiyədəki yüzlərlə qaçqın son günlər gözlənilmədən sərbəst buraxılıb və bir çoxları təcrid olunmuş ərazilərində küçələrdə qalıb.

Yaxın günlər və həftələrdə minlərlə insanın sərbəst buraxılacağı gözlənilir.

"Bir avtobus bizi sahilə gətirdi və sürücü bizə "Yunanıstana gedən qayıq tapın" dedi" - deyə, suriyalı qaçqın, dörd uşaq atası Samir Ələhməd bildirib.

Lakin Ələhməd daha çoz qaçgına rast gəlib. Onlar küçələrdə yatmalı olub.

Lakin bu ailələr nə qayıq tapa bildilər, nə də pul. Qayıq tapa bilsələr belə, fevral ayının sonlarında Türkiyənin Avropaya keçməyə çalışan qaçqınlar üçün sərhədi açacağı barədə planını bəyan etməsindən bəri Yunanıstan sərhədlərindəki qaçqınları aktiv şəkildə geri itələyir.

Türkiyənin bunu elan etməsindən sonra Türkiyədən Yunanıstana keçmək ümidi ilə qurudan sərhədə 12 000 qaçqın axın edib.

Yunanıstan nə sərhədini açacağını deyib, nə də açıb. Yunanıstan əsgərləri iki ölkəni ayıran kiçik çaydan ya qayıqla, ya da üzərək keçmək istəyən qaçqınlara qarşı gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edərək, geri qaytarır.



XS
SM
MD
LG