ABŞ-ın yüksək vəzifəli rəsmisi çərşənbə günü deyib ki, ABŞ-ın ötən noybar ayında səkkiz ölkəyə verdiyi istisnanın möhləti may ayında bitəndən bəri Türkiyə İran neftini almağı dayandırıb və Vaşinqtonun İslam Respublikasından xam neft ixracını dayandırmaq tələbinə əməl etməyə davam edəcəyini bildirib.
“Biz hazırda İrandan heç bir neft almırıq”– deyə, adının anonim qalmasını istəyən rəsmi bildirib. "Biz həmin sanksiyalardan azad olunan səkkiz ölkədən biri idik və indi bu sanksiyalara əməl etməyə hazırıq”, o əlavə edib.
Reuters bazar ertəsi İranda içi doldurulan heç bir tankerin bu ay Türkiyə limanlarına getmədiyini bildirib. Təhlilçilər Türkiyənin İran neftini İraq, Rusiya və Qazaxıstandan gələn neftlə əvəzlədiyini söyləyib.
Birləşmiş Ştatlar noyabrda 2015-ci ildə Tehran və altı dünya qüdrəti arasında əldə olunan razılıqdan geri çəkiləndən sonra İrana qarşı sanksiyaları bərpa edib. İranın neft satışını sıfıra endirməyi hədəfləyən Vaşinqton bu ay İran neftinin ən böyük idxalçılarına verdiyi imtiyazları ləğv edib.
Tankerdən alınan məlumatlara və senaye mənbələrinə əsasən, İranın xam neft ixracı may ayında gündəlik 500 min barelədək azalıb. Xam neftinin böyük hissəsi Asiyaya yola düşün, lakin onları kimin aldığı məlum deyil.
Türkiyənin ən böyük neft email zavodu Tupras Vaşinqtonu möhləti mayın 1-dən sonrayadək uzatmağa çağırıb. Bu barədə danışıqlardan xəbərdar olan mənbə xəbər verib və əlavə edib ki, son möhlət tarixi uzadılmadığı zaman da, şirkət İrandan bütün idxalları dayandıracağını bildirib.
Lakin Türkiyənin yüksək vəzifəli rəsmisi həmçinin bildirib ki, Ankara ABŞ-ın İranla bağlı sanksiya siyasəti ilə razılaşmır.
“Biz sanksiyalara inanmırıq, amma strateji müttəfiq olaraq ABŞ-ın qərarına hörmət edirik. Biz İranın təcrid olunmasının nəticə verəcəyinə inanmırıq”, o deyib.
Vaşinqton ABŞ rəsmilərinin dediyinə görə, İranın ABŞ qoşunları və regiondakı maraqlarına yaratdığı təhlükələrə qarşı güc nümayişi məqsədilə Yaxın Şərqə təyyarə daşıyıcısı, B-52 bombardmaçısı və Patriot raketləri daxil olmaqla qoşun göndərəndən sonra İranla Birləşmiş Ştatlar arasında gərginlik artıb.