Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Türkiyə Rusiyadan hərbi silah almaqda davam edəcəyi ilə hədələyir. Ankaranın Rusiya raket sistemini satın alması ilə əlaqədar NATO üzvləri arasındakı narahatlıqlar dərinləşməkdədir.
Vaşinqton Rusiyanın S-400 raketdən müdafiə sistemlərini satın almasını dayandırmaq üçün Ankaraya təzyiqlərini artırdıqca, Türkiyənin müdafiə naziri Hulusi Akar bu ay Amerikanın tələblərini rədd edərək, niyyətin dəyişmədiyində iddia edib.
"Bu bir hücum sistemi deyil" - deyən Akar yerləşdiyi yerdən asılı olmayaraq, bu sistemin heç kimə hədə olmadığını bildirib. Akarın sözlərinə görə, bu, risk, təhdid və ya təhlükə deyil.
Vaşinqton S-400 raketinin inkişaf etmiş radarının NATO müdafiə sistemləri üçün təhlükə olduğunu deyir və onun çıxarılmasına çağırır.
Lakin Ankara Rusiya raketlərinin daha bir partiyasını satın almağı düşündüyünü bildirib. Hökumətə yaxın mənbələrdən biri hətta Türkiyənin artıq Moskva ilə müqavilə bağladığını deyib.
ABŞ dövlət katibi Antoni Blinken keçən ay Türkiyə əlavə S-400 raket sistemləri də daxil olmaqla, Rusiyadan digər silahlar alacağı təqdirdə, bu ölkənin sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.
S-400-lə bağlı narahatlıqlar Vaşinqtonun Türkiyənin köhnəlmiş döyüş təyyarələrinin Amerikanın inkişaf etmiş, müasir F-35 təyyarələri ilə əvəz etməsini əngəlləməsi ilə nəticələnib. Türkiyə prezidentinin müşaviri Mesut Kaşin Vaşinqtonun Türkiyəni Rusiya ilə hərbi əlaqələrini daha da dərinləşdirməyə məcbur etdiyi barədə xəbərdarlıq edib.
"Bizim 200 döyüş təyyarəsinə ehtiyacımız var. Bu, masa üzərindəki gerçəklikdir. Lakin ABŞ döyüş təyyarələrini vermir. (ABŞ) "Rusiyanın döyüş təyyarələrini almanızı istəmirik" deyir. Ancaq ABŞ döyüş təyyarələrini verməzsə, biz Rusiya təyyarələrini ala bilərik, çünki döyüş təyyarəsinə ehtiyacımız var" - deyə, Kaşin bildirib.
Təhlilçilər NATO-nun gələn ay keçiriləcək zirvə toplamtısı çərçivəsində Türkiyə və Amerika prezidentləri arasında planlaşdırılan görüşə qədər Ankaranın Rusiyadan yeni silah alacağını təxmin etmirlər.