Accessibility links

Bəşər Əsəd üsyançıların istehkamı olan İdlibi geri alacağına söz verib


Bəşər Əsəd üsyançıların istehkamı olan İdlibi geri alacağına söz verib
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Bəşər Əsəd üsyançıların istehkamı olan İdlibi geri alacağına söz verib

Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri son vaxtlar üsyançıların son istehkamı olan İdlibə hücumları gücləndirib. İdlibi ələ keçirməyə hazırlaşan Suriya əsgərlərinin qarşısına Türkiyə ordusu çıxır. Ankara bunun milyonlarla insanın Türkiyəyə qaçması ilə nəticələnə biləcəyindən qorxur.

Rusiyanın dəstəklədiyi Suriya rejiminin qüvvələri İdlibə hücumlarını gücləndirib. Suriya Prezidenti Bəşər Əsəd üsyançıların nəzarətində olan və milyonlarla qaçqının yaşadığı istehkamı geri alacağına söz verib.

İdlibdəki Türkiyə silahlı qüvvələri hələlik Əsədin hədəfinə mane olsa da, analitiklər getdikcə vəziyyətin çətininləşəcəyi barədə xəbərdarlıq edir. İstefada olan ordu generalı Haldun Solmaztürk: "Risk çoxdur. Hətta Suriya qüvvələrinin Rusiya silahlı qüvvələrinin ünsürləri ilə birlikdə qarşıdurma riski. İdlib bölgəsinə nəzarət edən İdlib əmirlikləri ilə münaqişə riski."

Keçən il hava hücumu zamanı İdlibdə Türkiyənin 33 əsgəri şəhid oldu. Üsyançılar bu hücumda Suriya hava qüvvələrini günahlandırdı. Türkiyənin İdlibdəki hərbi mövcudluğu Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında əldə edilən razılaşmanın bir hissəsidir. Lakin Moskva razılığa əsasən Ankaranı İdlibi radikal cihadçı qruplaşmalar və ağır silahlardan təmizləməməkdə ittiham edir.

Türkiyə bu yaxınlarda İdlibdəki hərbi mövcudluğunu gücləndirib. Türkiyə müxalifəti İdlibdəki hər hansı bir hücumun humanitar fəlakətlə nəticələnə biləcəyini deyir. Cümhuriyyət Xalq Partiyasından Ünal Ceviköz: "Mülki əhali hücumun Rusiya hava qüvvələri tərəfindən dəstəklənən Suriya ordusu tərəfindən edildiyini hiss edəndə, sığınacaq tapmağa üçün yəqin ki, şimala doğru hərəkət edəcək. Təbii ki, bu, yeni bir qaçqın dalğasına səbəb olacaq və bu, Türkiyə sərhədinə ciddi təzyiq göstərə bilər. Qarşılaşdığımız əsas təhlükə riski budur."

Türkiyə artıq əksəriyyəti Suriyanın vətəndaş müharibəsindən qaçan beş milyona yaxın qaçqına ev sahibliyi edir. Daha bir qaçqın dalğası ehtimalı əsas müxalifət partiyalarını Ankaranı Dəməşqlə danışıqlara başlamağa sövq edir. Lakin Ərdoğan bunu qətiyyətlə rədd edir.

Ərdoğan bunun əvəzində Putinlə münasibətlər qurmağa çalışır.
Analitiklər Putinin İdlibdəki mövcud gərginlikdən faydalandığını deyir. Duvar qəzetindən Aydın Selcen: "Altı il ara verdikdən sonra Bəşər Əsəd bir ay əvvəl birdən gecəyarısı Moskvaya getdi və Putinlə təkbətək görüşdü. Bundan dərhal sonra Ərdoğan Soçiyə getdi. Beləliklə, Putin bir şəkildə padşah olduğunu nümayiş etdirdi - həm Ərdoğana, həm də Basar Əsədə yalnız Rusiyanın maraqları naminə hərəkət edəcəyini göstərdi."

Bu səbəbdən bəzi ekspertlər Putinin İdliblə bağlı daha bir kompromisə gedə biləcəyini, Rusiyanın həm Ankara, həm də Dəməşq üzərindəki təsir gücünü qoruyub saxlayacağını proqnozlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG