Accessibility links

Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca Türkiyə arada qalır


Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca Türkiyə arada qalır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca Türkiyə arada qalır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın indiyədək ukraynalı və rusiyalı həmkarları ilə yaxşı münasibətlər saxlaya bilməsinə baxmayaraq, indi analitiklər Rusiya və Ukrayna arasında gərginliyin artmasının bu balanslaşmaya son verə biləcəyi barədə xəbərdarlıq edir. Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca Türkiyə arada qalır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm ukraynalı, həm də rusiyalı həmkarları ilə sıx əlaqələr qurub. Kadir Has Universitetindən professor Mustafa Aydın: “Türkiyə ölkənin müxtəlif bölgələrində və regionlarında Rusiya ilə sıx əlaqələr qurub. Lakin Ukrayna müstəqillik əldə etdiyi gündən bəri Türkiyənin ən yaxın, demək olar ki, dost və müttəfiqlərindən biri olub. Əgər orada münaqişə olarsa, Türkiyə tərəf tutmamaqda çox çətin vəziyyətə düşəcək”.

Münasibətlərinin yaxşı olduğunu vurğulayan Ərdoğan Kiyev və Moskva arasında vasitəçilik etməyi təklif edir və bu addım Kiyev tərəfindən müsbət qarşılanır. Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu təklifi rədd edib.

Bəzi analitiklər deyirlər ki, Moskva Ankara ilə yaxın əlaqələrinə xələl gətirməkdən çəkinəcək. Türkiyənin NATO üzvü olduğu nəzərə alınarsa, Rusiya bu əlaqələri yüksək qiymətləndirir. Bonn Universitetindən professor Zaur Qasımov: “Rusiya üçün NATO birliyində parçalanmanı dərinləşdirmək prioritetdir. Türkiyə Rusiya üçün çox önəmlidir və Rusiya Ankara ilə təmaslarını dərinləşdirdikcə NATO daxilində parçalanmaları dərinləşdirir”.

Lakin Moskvanın Ankaraya səbri tükənə bilər.

Türkiyənin aprel ayında ABŞ hərbi gəmisinin NATO-nun Ukrayna ilə hərbi dəniz təlimində iştirak etmək üçün İstanbulun Bosfor Boğazından istifadəsinə icazə verməsi Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidinə səbəb olub.

Türkiyə Ukraynaya pilotsuz uçuş aparatlarının satışını davam etdirir və
Kiyevin bu yaxınlarda Rusiyanın dəstəklədiyi separatçı qüvvələrə qarşı həmin aparatlardan istifadə etməsi Moskvanın daha çox tənqidinə səbəb olub. Təhlilçi Arda Mevlutoğlu: “Rusiya bu məsələdə, bu münaqişədə Türkiyənin NATO-dan ayrılmasını istəyərdi. Ona görə də Türkiyənin Ukraynaya dəstəyi Rusiyadakı qərar verənlər üçün narahatlıq yaradacaq”.

Türkiyə Rusiyanın enerjisindən və Suriya da daxil olmaqla, qaynar nöqtələrdəki əməkdaşlıqdan çox asılıdır. Beləliklə, Ankara Ukrayna ilə bağlı münaqişədə NATO-dakı tərəfdaşlarının tərəfini tutsa, bunun Moskvayaağır başa gələ biləcəyini anlayır.

XS
SM
MD
LG