Accessibility links

Türkiyə Rusiyadan raket sistemi alması ilə bağlı mümkün sanksiyalardan müdafiə üçün Trampa ümid edir


Rusiyanın S-400 raket müdafiə sistemi

Türkiyə ABŞ Konrqesi Ankaranın Rusiyadan planlaşdırdığı raket müdafiə sistemi alması ilə bağlı hər hansı sanksiya tətbiq etmək haqda qərar versə, prezident Donald Trampın Türkiyəni müdafiə etmək üçün onun qüvvəsinin dayandırılması kimi səlahiyyətindən istifadə edəcəyinə ümid bəsləyir. Bu açıqlamanı Türkiyə prezidentinin sözçüsü çərşənbə axşamı Vaşinqtonda verib.

Biz prezident Trampın qərarın qüvvəsini dayandırmaq kimi istifadə edəcəyini gözləyirik.
İbrahim Kalın

Birləşmiş Ştatlar Türkiyənin Rusiya ilə müqaviləni bağladığı halda, sanksiyalar tətbiq edəcəyi ilə hədələyir.

Ankara bildirib ki, raket sisteminin alınması Türkiyəyə qarşı sanksiyalara gətirib çıxarmamalıdır, belə ki, Türkiyə ABŞ-ın düşməni deyil və NATO alyansına sadiq olaraq qalır.

“Əgər bu baş versə, yəni Konqres tərəfindən təklif edilmiş sanksiyalar tətbiq edilsə, biz prezident Trampın qərarın qüvvəsini dayandırmaq kimi səlahiyyətindən istifadə edəcəyini gözləyirik,” İbrahim Kalın müxbirlərə bildirib.

Trampın bunu edəcəyinə işarə edib-etmədiyi haqda sualın cavabında Kalın ABŞ prezidentinin buna işarə etmədiyini deyib.

“Mən onun bunu edəcəyini deyə bilmərəm. Bu, bizim çatdırdığımız mesajdır,” o əlavə edib.

Türkiyə prezidntinin sözçüsü İbrahim Kalın
Türkiyə prezidntinin sözçüsü İbrahim Kalın

ABŞ rəsmiləri Türkiyənin Rusiya istehsalı olan S-400 tipli raket müdafiə sistemləri almasının “dərin problem” yaratdığını bildirərək, qurğuların Amerikanın F-35 tipli döyüş təyyarələrinin təhlükəsizliyinə hədə təşkil edə biləcəyini bəyan ediblər.

Türkiyə öz qərarından geri çəkilməyərək, sistemlərin iyul ayında çatdırılacağını bildirib.

​Türkiyə ilə raket sistemlərinin alınması ilə bağlı narazılıq Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlərdə yaranmış gərginliklərdən biridir. Ankara və Vaşinqton arasında gərginliyə səbəb olan digər məsələlər ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin ekstradisiyası məsələsi, Yaxın Şərq siyasəti, Suriya müharibəsi və İrana qarşı sanksiyalarla bağlı fikir ayrılıqları ilə bağlıdır.

Trampın bu addımı atmadığı təqdirdə Türkiyənin nə edəcəyi ilə bağlı sualın cavabında İbrahim Kalın cavab verib ki, Ankara sanksiyaların miqyasının nə dərəcədə olacağını gözləyəcək, lakin əlavə edib ki, o bunun baş verməyəcəyinə ümid edir.

“Hədələr və sanksiyalar əks-təsirə malik ola bilər və heç bir müsbət nəticə verməyə bilər,” deyə o bildirib.

XS
SM
MD
LG