Accessibility links

Türkiyə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xəbər saytlarını bloklayıb


Səudiyyə Ərəbistanının Türkiyənin dövlət telekanalı və xəbər agentliyinin saytlarını bağlanmasından bir neçə gün sonra Türkiyə hökuməti də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xəbər saytlarını bloklayıb.

Belə görünür bu qarşılıqlı addımlar Türkiyə prokurorlarının jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsində əli olan 20 səudiyyəliyə qarşı ittiham irəli sürməsindən dörd həftə sonra atılıb. Jurnalistin qətli Ankara ilə Ər-Riyad arasındakı münasibətlərin pozulmasına gətirib çıxarıb.

Səudiyyə Ərəbistanının SPA, BƏƏ-nin WAM və onlarla digər xəbər agentliklərinin saytlarına daxil olmağa çalışan internet istifadəçiləri həmin saytların Türkiyənin internet yayımlarını tənzimləyən qanunla bloklandıqlarını bildirən bir mesajla qarşılaşıb.

Türkiyənin Ədliyyə Nazirliyinin nümayəndəsi bu qərarla bağlı məlumat verməkdən imtina edib, Səudiyyə Ərəbistanı hökumətinin media bürosu isə Reuters xəbər agentliyinin şərh haqda müraciətinə dərhal cavab verməyib.

Səudiyyə Ərəbistanı şirkəti tərəfindən idarə olunan Britaniyadakı müstəqil qəzetin Türkiyə veb saytı bazar günü bağlanan saytlardan biridir. Saytın redaktoru bu addımın Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı siyasi gərginliyi əks etdirdiyini deyib.

"Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı gərginliyin bizə də təsir etdiyinə inanırıq" - deyə, qəzetin redaktoru Nevzat Çiçək Reuters xəbər agentliyinə bildirib.

Səudiyyə Ərəbistanı TRT dövlət televiziyası və dövlətə məxsus Anadolu xəbər agentliyi də daxil olmaqla, Türkiyənin bir sıra media saytlarına girişi bir həftə əvvəl bağlayıb. Səudiyyə Ərəbistanının yaxın müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin sakinləri bazar günü Türkiyə saytlarına girişin mümkün olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG