Accessibility links

Türkiyə Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı son versiyasını rədd edib


Türkiyə Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı son versiyasını rədd edib.

Səudiyyə rəsmiləri bu həftə 11 nəfərin qəttlə bağlı ittiham edildiyini bildirib.

Səudiyyə Ərəbistanının bəyanatlarının bəzilərini qənaətbəxş hesab etmirəm

Səudiyyə Ərəbistanı dövlət prokuroru jurnalist Camal Xaşuqcinin öldürülməsində təqsirli bilinənlərdən beş nəfərinə ölüm cəzası verilməsini tələb edib.

“Mən deməliyəm ki, Səudiyyə Ərəbistanının bəyanatlarının bəzilərini qənaətbəxş hesab etmirəm” - deyə, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.

Jurnalistin yoxa çıxmasından sonra krallıq onun konsulluğu tərk etdiyini bildirmişdi.

Ankaranın təzyiqlərindən sonra rəsmilər jurnalistin konsulluqda davada öldüyünü etiraf edib, daha sonra isə onun boğularaq öldürüldüyünü bildirib.

Səudiyyənin baş prokuroru qətlin öncədən planlaşdırıldığını söyləsə də, onu kimin planlaşdırdığını və ya göstərişin kimdən gəldiyini deməyib.

Bu gün hakim AKP partiyasının üzvləri, onalrın tərəfdarları və jurnalistin dostları İstanbul məscidində Xaşuqçinin ruhuna dua oxuyub. Onlar ədalətin qalib gələcəyinə ümidlərini ifadə edib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ötən ay Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsi ilə əlaqədar Ər-Riyada təzyiq göstərməkdə davam edir.

Xaşuqci oktyabrın 2-i Türkiyə vətəndaşı Xədicə Cengizlə evlənmək məqsədilə lazımı sənədləri almaq üçün İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub. Nişanlısı həmin vaxt konsulluğun qarşısında onu gözləyirdi. Bundan sonra Xaşuqcini görən olmayıb.

XS
SM
MD
LG