Accessibility links

Rusiyanın S-400 raket əleyhinə müdafiə sistemi artıq Türkiyədədir


Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sisteminin ilk partiyası cümə günü çatdırılıb.

Uzaqmənzilli regional havadan raket müdafiə sisteminin paytaxt Ankaranın yaxınlığındakı Murted hava bazasına yerləşdirildiyi bildirilib.

“Biz S-400-ləri (Rusiyanın raket əleyhinə müdafiə sistemləri) barədə hərtərəfli razılığına gəldiyimizi, bu razılaşmanın yekunlaşdığını və prosesin davam etdiyini həmişə deyirdik. Biz uçuşlara icazə, uçuşların kimlər tərəfindən icra ediləcəyi kimi məsələləri koordinasiya edirik və proseslər davam edir” – deyə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib.

Rusiya ilə silahla bağlı razılıq Türkiyənin üzvü olduğu və Moskva ilə yaxınlaşmasından ehtiyat edən NATO-nun narahatlığına səbəb olub

Türkiyə Birləşmiş Ştatların 2 milyarddan çox başa gələn bir razılaşmanı geri çəkmək tələbini rədd edib.

Birləşmiş Ştatlar Türkiyəni mümkün sanksiyalarla üzləşəcəyi və F-35 qırıcı təyyarələrinın istehsal konsorsumundan çıxarılacağı, bunun itirilmiş müqavilələrə görə Türkiyəyə milyardlarla dollara başa gələcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG