Türkiyədə bələdiyyə seçkiləri bazar günü keçiriləcək. Ölkənin 81 vilayətində seçicilər seçki məntəqələrinə gedərək öz liderlərini seçəcək. Amerikanın Səsinin müxbirləri müxtəlif bölgələrdə seçicilərlə söhbət edib.
Türkiyədə bələdiyyə süçkiləri hər beş ildən bir keçirilir. Seçicilər səslərini bir sıra iqtisadi problemlərə əsaslandıraraq verəcəklərini deyirlər.
Prezident Ərdoğanın tərəfdarları və onun siyasi partiyası Türkiyədə hər şeyin yaxşı olduğunu deyir. Digər seçicilər isə deyirlər ki, 2018-ci ildə Türkitə lirəsinin qiymətdən düşməsi ölkə iqtisadiyyatının lazımi səviyyədə olmadığına nümunədir. Lakin seçicilərin çoxunu gözləntisi sülh və təhlükəsizliyin təmin edilməsidir. Kürd seçici Məhmət Ucar: “Hər şeydən əvvəl sülhdür. Sülh təmin olunmazsa, müharibə ilə heç nə etmək mümkün deyil.”
“Seçki günü hər kəs əlini ürəyinə qoyaraq səs verəcək. Biz sülh istəyirik. Biz şəhərimiz Hakkarinin təmiz olmasını istəyirik” - deyə, Hakkari sakini bildirir.
Bəzi seçicilər seçkilərin şəffaf olacağına ümid edir. Van sakini Səbri Abi: “Ən əvvəl mən seçkilərin demokratik olacağına ümid edirəm. Xalqın səsi əlindən alınmayacaq.”
Türkiyə seçiciləri 2023-cü ilədək son səslərini verəcəklərini və bu seçkilərin ölkənin həyatında vacib rol oynayacağını deyirlər.