Accessibility links

İstanbulda seçkilərlərlə bağlı təhqiqat aparılır


Anadolu xəbər agentliyi Türkiyə prokurorlarının İstanbulda keçirilən yerli seçkilər zamanı qanun pozuntuları iddiası ilə 32 iş üzrə istintaqa başladıqlarını və 100-dən çox seçki məntəqəsinın səlahiyyətlilərini şübhəli qismində sorğu-sual etdiklərini bildirib.

Ölkənin kiçik partiyalarla ittifaqda olan əsas müxalif “Respublika Xalq Partiyası” İstanbul və Ankarada keçirilən bələdiyyə seçkilərində qələbə qazanaraq, prezident Tayyib Ərdoğanın “Ədalət və İnkişaf Partiyası” (AKP) və onun islamçı sələflərinin ölkədəki 25 illik nəzarətinə son qoydu.

Ərdoğan İstanbul seçkilərinin nəticələrinin ləğvinə və səslərin yenidən hesablanmasına çağırıb ki, bu da 31 mart seçkilərinə qədər Türkiyənin maliyyə bazarını bir həddə saxlayırdı.

Ali Seçki Komissiyası AKP-nın İstanbuldakı seçki nəticələrindən şikayətinə hələ baxmayıb. Ancaq qurum qərar verib ki, yerli seçki rəsmiləri səslərin yenidən sayılması ilə bağlı təftiş aparsın.

Anadolu agentliyi təhqiqatların “Respublika Xalq Partiyası”nın qalıb gəldiyi İstanbulun Maltepe, Kadıköy və Ataşəhr rayonlarında aparılmasına göstəriş verildiyini bildirib.

Agentlik şübhəlilərin seçki qanunvericiliyinin pozulması və səslərin sayılmasında vəzifədən sui-istifadə iddiaları ilə əlaqədar sorğulanır.

XS
SM
MD
LG