Accessibility links

Türkiyədə daş-kömür mədənində qəza nəticəsində 17 nəfər həyatını itirib (Yenilənib)


Türkiyənin qərb bölgəsində İzmirdən 120 kilometr şimalda yerləşən daş-kömür mədənində yanğın nəticəsində dörd şaxtaçı ölüb, yüzlərlə şaxtaçı mədəndə ilişib qalıb.

Türkiyənin Fəlakət və Fövqəladə Hallar nazirliyinin verdiyi məlumata görə, Somada qəza nəticəsində xəsarət almış 11 mədən işçisi şaxtadan çıxarılıb.

Xilasetmə işçiləri mədəndə qalmış şaxtaçıların çıxarılması əməliyyatlarına başlayıb.

Rəsmilər yanğının elektik cərəyanında nasazlıq nəticəsində baş vermiş partlayışdan sonra başladığını bildiribilər.

Yanğın və partlayış mədənin iki kilometr dərinliyə çökməsi ilə nəticələnib.

İlkin məlumatlarda ölənlərin sayının 20 olduğu bildirilmişdi.

Türkiyənin daş-kömür mədənlərində təhlükəsizlik texnikasının aşağı səviyyədə olması bəzi parlament üzvlərinin təhqiqata başlamaq tələbləri irəli sürməsinə gətirib çıxarmışdır.

1992-ci ildə Qara dənizdə Zonquldağ yaxınlığında mədəndə partlayış zamanı 270 şaxtaçı həyatını itirmişdi.
XS
SM
MD
LG