Türkiyənin hərbi təyyarəsi bazar günü Moqadişuda 79 nəfərin ölümü ilə nəticələnən partlayışda ağır xəsarət alanları təxliyyə etmək üçün əraziyə göndərilib.
Həmin təyyarədə Moqadişuya yaralanan 125 nəfərə tibbi yardım göstərmələri üçün həkimlər də gəlib. Şənbə günü partlayıcılarla dolu maşın işlək nəzarət-buraxılış mənqətəsində partladılıb.
Hücumun məsuliyyətini üzərində götürən olmayıb, lakin Məhəmməd Abdullahi Farmaco islamçı Əl-Şəbəb qrupunu günahlandırıb. Qrup beynəlxalq icitmaiyyətin dəstəklədiyi höküməti devirək məqsədilə paytaxtda tez-tez hücumlar həyata keçirir.
Bu, 2017-ci ildə yük maşının neft tankeri yaxınlığında partlayıb, 500-dən çox insanın ölümü ilə nəticələnməsindən bəri baş verən ən tələfatlı hücumdur.
Farmaco televiziyada yayımlanan mesajında hücuma görə “Əl-Şəbab terror təşkilatını” günahlandırıb və bunu “hər fürsətdə Somali xalqını qorxudub, onları öldürmək” cəhdi adlandırıb.
Ölənlərin azı 16-sı paytaxtda yerləşən özəl Banadir Universitetinin tələbələri olub.
Aamin özən təcili tibbi yardım xidmətinin direktoru Abdukadir Abdirəhman Hacı AFP-yə bildirib ki, 125 nəfər xəsarət alıb və paytaxtdakı səhiyyə xidmətləri bu qədər yaralını müalicə etməyə kifayət etmir.
Somali polisinin rəisi Abdi Həsən Məhəmməd şənbə günü deyib ki, 79 nəfər ölüb, amma ölənlərin sayı arta bilər.
Nazir bildirib ki, Somalinin əsas müttəfiqlərindən olan Türkiyədən travma üzrə ixtisaslanmış 24 həkim gəlib. Qatar isə bazar ertəsi yarım göndərəcək.
O deyib ki, təyyarə partlayışda ciddi xəsarət alan 15 nəfəri evakuasiya edəcək.
Yaralılar onlarla təcili tibbi yardım maşınlarında şəhərdəki müxtəlif xətəxanalrdan türklərin idarə etdiyi Rəcəb Tayyib Ərdoğan Xəstəxanasına, daha sonra isə hava limanına aparılacaq.
Moqadişu sakini Abdukadir Moalim deyib ki, onun ailəsi dəhşət içərisindədir, çünki onun xalası oğlu partlayış nəticəsində başından ciddi xəsarətlər alıb.
“Problem ondadır ki, patlayış zamanı ölməsən belə, xalam oğlu kimi həyatına təhlükə yaradacaq xəsarət ala bilərsəb və buradakı həkimlər səni müalicə etməyə bilər”, o deyib.
“Allaha şükür o, Türkiyəyə aparılacaq və biz onun zamanla sağalmasını gözləyirik”, o əlavə edib.
Tibbi mənbələrin məlumatına görə, partlayış nəticəsində iki Türkiyə vəndaşı öldürülüb, digər ikisi isə xəsarət alıb. Onlar da Türkiyəyə evakuasiya ediləcək.
Somalidə 2015-ci ildən bəri 13 hücum baş verib və bu hücumlaırn hər birində ölənlərin sayı 20-dən çox olub. Hücumların 11-ni Moqadişuda həyata keçirilib.