Accessibility links

Türkiyə `Qasim Süleymaninin öldürülməsi regionda stabilliyin pozulmasına səbəb olacaq`


Türkiyənin Xarici İşər Nazirliyi cümə günü Birləşmiş Ştatların Bağdadda həyata keçirdiyi hava hücumları zamanı İranın elitar Qüds ordusunun komandanı Qasim Süleymaninin öldürülməsinin regionda stabilliyin pozulmasına səbəb olacaöğnı deyib.

Yazılı bəyanatında nazirlik Birləşmiş Ştatlarla İran arasındakı gərginliyin daha da artmasından çox narahat olduğunu və İraqın münaqişə bölgəsinə çevirməsinin bölgədə sülhə və sabitliyə zərər verəcəyini bildirib.

İranın elitar Qüds Korpusunun komandanı, general Qasim Süleymani Bağdad Beynəlxalq Aeroportuna endirilən hava zərbələri zamanı ölüb. İraq televziyası və İraqın üç rəsmisinin yaydığı ilkin məlumatı Pentaqon da təsdiqləyib.

Pentaqon hücumu “ABŞ-ın xaricdəki personalını qorumaq üçün atılan “qətiyyətli müdafiə addımı” adlandırıb.

Birləşmiş Ştatlar cümə günü vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb. Bağdadakı səfirlik bağlanıb, konsulluq xidmətləri dayandırılıb.

XS
SM
MD
LG