Accessibility links

Türkiyənin Suriya sərhədində hərbi əməliyyatları minlərlə insanın bölgəni tərk etməsinə səbəb olub


Türkiyənin cümə axşamı, kürd ordusuna qarşı ikinci gündür həyata keçirdiyi hücumları minlərlə insanın yaşadıqları yerləri tərk etməsinə, onlarla insanın ölməsinə səbəb olub.

Türkiyə Birləşmiş Ştatların müttəfiqi `Suriya Demokratik Qüvvələri`nə qarşı əməliyyatlara ABŞ-ın ordusunun bölgədən çıxmasından sonra başlayıb.

Suriyada səkkiz ildir davam edən müharibəni monitorinq edən `Suriya İnsan Haqları Müşahidə Qrupu`nun bildirdiyinə görə, döyüşlər zamanı kürdlərin `Suriya Demokratiok Qüvvələri`nin 23 döyüşçüsü, Türkiyənin dəstəklədiyi Suriya üsyançı dəstəsinin isə 6 döyüşçüsü öldürülüb.

`Suriya Demokratiok Qüvvələri` Türkiyənin hava zərbələri və artelleriya hücumları nəticəsində 9 mülki vətəndaşın öldüyünü bildirib. Kürdlərin rəhbərliyi altındakı qüvvələrın raketlərlə etdiyi cavab atəşi nəticəsində isə Türkiyənin sərhəd yaxınlığındakı yaşayış məntəqəsində 9 aylıq körpə də daxil olmaqla, 6 nəfərin öldürüldüyü deyilir.

Beynəlxalq Xilasetmə Komitəsi əməliyyatlar başlayandan bəri bölgədən 64 min insanın qaçdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG